Alpina şirkəti yeni nəsil BMW 5-Series ailəsinin bazasında hazırlanmış D5 S modellərini təqdim edib. Avtomobillər üç ardıcıl turbokompressor quraşdırılımış dizel mühərrikinə və tam çəkiş sisteminə sahib olub. Xatırlatmaq istərdik ki, BMWşirkəti artıq dörd turbokompressorlu mühərriklə təchiz edilmiş M550d modelini təklif edir.
Alpina mütəxəssislərinin əlindən çıxan sedan və universallar, 388 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 3,0-litrlik altı silindrli mühərriklə təklif edilir. Güc aqreqatı səkkiz pilləli ZF istehsalı olan avtomatik ötürmələr qutusu ilə birlikdə çalışır. Alpina mütəxəssisləri mühərrik üçün yeni turbinaları, giriş , buraxılış və soyutma sistemlərini, həmçinin interkuleri hazırlayıblar. Müqayisə üçün, dördturbinalı BMW mühərriki 400 at qüvvəsinə və 760 Nm fırlanma anına malikdir.
Alpina D5 S sedanı yerindən 100 km/saat həddinə 4,4 saniyəyə, universalı isə 4,6 saniyəyə sürətlənir. İkinci “yüzlüyü” toplamaq üçün avtomobillər, müvafiq olaraq, 17 və 17,2 saniyə sərf edirlər. Sedanın maksimal sürəti 286 km/saat, universalın isə 283 km/saatdır.
Alpina D5 S modelləri elektronika ilə tənzimlənən Bilstein amortizatorlarına, arxa pnevmatik asqıya (universal üçün), 20-düymlük təkər disklərinə, aktiv stabilizatorları olan tam idarələnən şassiyə (opsional Sport Plus idman dəsti ilə birlikdə) sahib olublar. Almaniyada Alpina D5 S modelləri 87900 avrodan başlayan qiymətlərlə satılacaqdırlar . Bu BMW M550d modifikasiyasında üç min bahadır.