Model diapazonunun tam elektrikləşdirilməsinə hazırlaşan Alpine şirkəti, A110 sportkarının E-ternite indeksli elektrik versiyasını təqdim edib. Bununla belə, A110 E-ternite yeni avtomobil deyil, Renault Megane E-Tech modelindən götürülmüş batareyaya malik olan aktual kupedir. A110 sportkarının elektrik varisi 2025-ci ildə işıq üzü görməlidir. Yeni elektrokarın yaradılmasında Britaniyanın Lotus şirkəti də iştirak edəcəkdir. Britaniyalılar fransızlar ilə E-Sports platformasını bölüşəcəklər.

Altıbucaqlı pattern E-ternite modelini fərqləndirən elementlərdən biridir

Batareyalı Alpine A110 E-ternite ilə yanacaq versiyası arasındakı əsas xarici fərqlər arxa pəncərədəki altıbucaqlı pattern və çərçivəsində karbon lifindən istifadə olunan damdakı böyük lyukdur. Əlbəttə ki, elektromobildə buraxılış sisteminin borusu da yoxdur. Salondakı fərqlər Android əməliyyat sisteminə malik olan məlumat-əyləncə kompleksinin daha böyük çıxarıla bilən planşeti və səkkiz dinamikli audio sistemdən ibarətdir.

A110 E-ternite yerindən 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir, onun maksimal sürəti isə 250 km/saatdır

Sportkar arxa təkərləri hərəkətə gətirən Renault elektrik mühərriki ilə təchiz edilib. Güc aqreqatı 242 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edir. Mühərrik uyğunlaşdırılmış Getrag “avtomatı” ilə tandemdə çalışır. Xatırladaq ki, benzin mühərrikli Alpine A110 sportkarı 300 at qüvvəsi və 340 Nm fırlanma anı hasil edən 1,8-litrlik “turbodördlük” və yeddi pilləli DCT “robotu” ilə təchiz edilir.

Dolu batareya ilə kupe WLTP dövrünə əsasə 420 kilometr məsafə qət edə bilir

A110 E-ternite modelinin dartma batareyası Renault Megane E-Tech modelindən götürülüb, lakin onu kupeyə yerləşdirmək üçün modullara bölmək gərək olub. Batareyanın tutumu 60 kilovat-saat, çəkisi isə 392 kiloqramdır. Nəticədə, elektromobilin boş çəkisi 1378 kiloqram olub - bu, benzin mühərrikli kupenin kütləsindən cəmi 258 kiloqram çoxdur. Artan çəki asqınin adaptasiyasımı tələb edib - mühəndislər daha sərt yayları və Ohlins amortizatorlarını quraşdırıblar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Alpine bu prototipin seriyaya göndərmək planları barədə açıqlama verməyib, lakin E-ternite ənənəvi mühərrikli kupe ilə, A110 modelinin Alpine və Lotus şirkətinin birgə hazırladığı yeni varisi arasında keçid mərhələsi ola bilər. Əgər Britaniya şirkəti ilə razılaşma əldə olunarsa, yeni modelin debütü 2025-ci ildə baş tuta bilər. Bundan əlavə, Alpine markasının elektrik xəttinə  retro dizaynlı “qaynar” hetçbek (2024-cü ildə debüt etməlidir), krossover və ya qrand turer daxil olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.