Apollo Automobil şirkəti yeni Intensa Emozione (IE) hiperkarının üzərindəki sirr pərdəsini qaldırıb. İstehsalçı cəmi 10 ədəd belə hiperkar buraxacaqdır ki, onların da hər birinin qiyməti 2,3 milyon avro təşkil edəcəkdir.
Apollo IE hiperkarının kuzov panelləri karbondan hazırlanıbdır. Karbondan, karbonplastikdən olan rama altlıqlarının bərkidildiyi monokokun da hazırlanmasında istifadə edilib. Şassinin çəkisi 105 kiloqram, avtomobilin çəkisi isə 1250 kiloqram təşkil edir. Hiperkar tənzimlənən elementləri olan müasir aerodinamikaya sahib olub. Məsələn, arxa antiqanad hücum bucağını səkkiz dərəcə diapazonunda dəyişə bilər. İstehsalçı 350 km/saat həddində Apollo IE hiperkarına 1350 kiloqram yerəbasma gücünün təsir etdiyini bildirib.
Bu yerəbasma gücü ön və arxa oxlar arasında 45:55 nisbətində bölünür. Apollo şirkətindən hiperkarın yerəbasma gücünün səviyyəsinin WEC çempionatında LMP2 kateqoriyasında çıxış edən yarış avtomobilləri ilə eyni olduğunu bildirib.
Apollo IE hiperkarı 6,3-litrlik atmosfer tipli V12 benzin mühərriki ilə təchiz edilib. Bu aqreqat 780 at qüvvəsi və 760 Nm fırlanma anı hasil edir. Mühərrik altı pilləli Hewland sekvental ötürmələr qutusu ilə təchiz edilir. Yerindən 100 km/saat həddinə hiperkar 2,7 saniyəyə sürətlənir. Onun maksimal sürəti is 335 km/saata bərabərdir.
Apollo Intensa Emozione modelinin mühərriki üç, ABS sistemi - 10, trekşn-kontrolu isə, 12 iş rejiminə malikdir. Superkarın təchizatına klirensi tənzimləməyə imkan verən aktiv asqı sistemi, Brembo firmasının karbon-saxsı əyləcləri, karbonplastikdən oturacaqlar, karbondan çıxarılan sükan çarxı və rəqəmsal cihazlar paneli daxildir.