Bir qədər bundan əvvəl, biz Roland Gümpertə məxsus olan Gumpert Sportwagenmanufaktur GmbH şirkətini Çinin Consolidated Ideal TeamVenture holdinqinin aldığını yazmışdıq. Şirkətin yeni sahibləri şonun adının Apollo Automobil GmbH’a dəyişəcəklərini bildirmişlər. Alman şirkəti, özünün 2005-ci ildə nümayiş etdirdiyi Apollo superkarı sayəsində məşhurlaşa bilmişdir. Bundan əlavə, almanlar Gumpert Tornante (2011) və Gumpert Explosion (2014) modellərini də təklif edirlər. Bu arada Roland Gümpert, JAS Motorsport və Reiter Engineering yarış kollektivləri ilə birlikdə yeni avtomobilin hazırlanmasına başlamışdır.
Arrow adlanacaq avtomobil, Nürburqrinq trekinin keçid rekordunu əldə etmək məqsədi ilə buraxılacaqdır. Bununla bərabər, Roland Gümpert yeni avtomobil haqqında məlumat verməkdən imtina etmişdir. Lakin, bü günlərdə isə yeni şirkət gələcək avomobilin ilk tizerini dərc etmişdir. Tizerdən göründüyü kimi, yeni avtomobilin buraxılış sisteminin borusu təsvir edilmişdir. Boru arxa spoylərə yaxın hündür yerdə quraşdırılmışdır. Burada təəccüblü bir şey yoxdur, çünki bu Gumpert avtomobillərinə xas olan bir əlamətdir.
Təsdiq olunmamış məlumatlara əsasən yeni avtomobilin mühərriki onun mərkəzində yerləşəcək və mühərrikin gücünü arxa təkərlərə yönələcəkdir. Əvəllər avtomobilin yanvar ayın 11 tarixində göstəriləcəyi bildirilmişdir. Onun rəsmi təqdimatının isə Cenevrə avtomobil sərgisində keçiriləcəyi məlumdur.