Bu gün Motor1 saytı Gumpert şirkətinin xələfi olan Apollo şirkətinin yeni modelinin fotoşəklini dərc edib. Yaradıcılarının Titan adlandırdığı Apollo IE adlı superkar 800 at qüvvəli atmosfer tipili V12 mühərrikinə sahib olacaqdır.

Dərc edilmiş şəkilə diqqət yetirsək avtomobilin kuzovunun tamamilə karbondan hazırlandığını görə bilərik. Bununla belə superkar, damdakı hava girişi və iri arxa antiqanad da daxil olmaqla, karbondan hazırlanmış çoxsaylı aerodinamik elementlərə malik olacaqdır. Şəkildə həmçinn yan güzgülərin qeyri-adi formasını da müşahidə etmək olar. Çox güman ki, ənənəvi güzgülər kameralarla əvəz edilibdir. Eyni zamanda, superkar 2016-cı ildə nümayiş etdirilmiş Arrow superkarını xatırladır.

Böyük ehtimalla, IE adı çəkilən modelin trek üçün nəzərdə tutulan təkmilləşdirilmiş variantı olacaqdır.

Apollo Titan modelinin təqdimat mərasiminin yaxın zamanlarda keçiriləcəyi ehtimal edilir. Sonradan superkarın ümumi yollar üçün nəzərdə tutulmuş Arrow S adlı modifikasiyası da istehsal edilə bilər. Apollo Arrow S modelinin səkkiz silindrli biturbo mühərriklə təklif ediləcəyi söylənilir.