Gumpert şirkətinin sələfi olan Apollo Automobil GmbH şirkəti Cenevrə avtomobil salonunda nümayiş etdirməyi planlaşdırdığı ApolloN modelinin bir neçə yeni tizerini yaymışdır. Alman-çin ittifaqı nəticəsində yaradılmış ilk superkarın «dünyada ən yeyin yol avtomobilinin» olduğu iddia edilir. ApolloN modeli haqqında məlumat hələlik sirr olaraq qalır. Yeni avtomobil, 2005-cü ildən 2013-ci ilə kimi istehsal edilmiş Gumpert Apollo superkarının ideoloji varisi olacaqdır.
Apollo modelinin sonuncu modifikasiyası Enraged indeksini almış avtomobil olmuşdur. Həmin avtomobil 780 at qüvvəsi və 900 Nm fırlanma anı olan 4,2-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilirdi. Güc aqreqatı altı pilləli sekvental sürətlər qutusu ilə yanaşı mexaniki və robotlaşdırılmış qutular ilə də birgə çalışa bilər.
Gumpert Apollo Enraged saatda 100 kilometr sürətini 2,9 saniyəyə, 200 km/saat sürətini isə 8,8 saniyəyə toplayırdi. Superkarın maksimal sürəti 300 km/saat təşkil edirdi.
Roland Gumpert tərəfindən təsis edilmiş Gumpert Sportwagenmanufaktur GmbH şirkəti, 2015-ci ildə de Tomaso markasına sahib olan Çin Xalq Respublikasının Consolidated Ideal Team Venture holdinqi tərəfindən satın alınmışdır.