Bir çoxlarının səbirsizliklə gözlədiyi Apple Car haqqında yeni şayiələr peyda olub. Bloomberg agentliyinin adı çəkilməyən mənbələrinin bildirdiyinə görə, “dişlənmiş alma” loqosunu daşıyacaq avtomobilin qiyməti 100 min dollardan az olacaqdır. Lakin əvvəl planlaşdırıldığının əksinə olaraq, yeni avtomobil 2026-cı ildən sonra debüt etməlidir.

Ancaq təfərrüatlar bununla bitmir, nəşr Apple Car barədə bəzi məlumatları da əldə edib. İlkin məlumata görə, “almalı” avtomobil, onu şossedə idarə edəcək təkmilləşdirilmiş sürücüyə yardım sistemlərinə sahib olacaqdır.Ətrafdakı vəziyyətə lidar və radarlar nəzarət edəcək, Denali koda adına malik olan prossesor isə müxtəlif sistemlərin idarə edilməsinə cavabdeh olacaqdır. Prossesorun gücünün şirkətin ən yüksək səviyyəli dörd çipinin gücünə bərabər olacağı söylənilir.

Apple Car mövzusunda vizualizasiya

Bununla belə, adi rejimdə sürücü ənənəvi idarəetmə orqanlarından – sükan və pedallardan istifadə edə biləcəkdir. Əslində 2016-cı ildə şirkətin öz avtomobilini yaratmaq fikrindən imtina etdiyi və bütün diqqətini avtonom idarəetmə sistemlərinə yönəltdiyi barədə xəbərlər peyda olmuşdu. Lakin sonradan Apple rəhbərliyinin fikrini dəyişdiyi barədə şayiələr dolaşmağa başlamışdı.

Bir müddət bundan əvvəl, Aplle şirkətinin yardım üçün avtomobil istehsalçılarına müraciət etdiyi barədə xəbərlər də peyda olmuşdu. Hyundai və Nissan ilə aparılan danışıqlar uğursuzluqla nəticələnmiş, Toyota, LG və Magna şirkətləri ilə danışıqların getdiyi barədə məlumatlar peyda olmuşdu.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu müddət ərzində Apple avtomobil layihəsinin taleyi barədə susmağa üstünlük verib. 2021-ci ildə Apple şirkətinin törəmə müəssisəsi vasitəsi ilə Chrysler şirkətinin Arizona ştatının Feniks şəhəri yaxınlığndakı sınaq poliqonunu aldığı barədə şayiələr peyda olmuşdu.

Bundan başqa, yeni avtomobilin yaradılması üçün Lamborghini şirkətindən Luici Taraborellini cəlb edildiyi də bildirilirdi. Taraborelli Lamborghini şirkətində şassi və dinamika bölməsinə başçılıq edib, onun vəzifəsi sükan idarəetməsi, əyləc sistemləri və sürücüyə yardım sistemlərini inkişaf etdirmək olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bununla belə, Apple Car bu günə qədər nümayiş etdirilməyib. Şirkəti isə CarPlay tətbiqinin proqram təminatının inkişafı üzərində işləyir. Yeni nəslin tizeri bu ilin yayında keçirilmiş Worldwide Developers Conference (WWDC) konfransında nümayiş etdirilib. Yeni versiya eyni vaxtda bir neçə displeydə - məlumat əyləncə sisteminin ekranında və virtual cihazlar panelində işləyə bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.