Apple şirkəti 2020-ci ildə özünün elektriklə tərəkətə gələn ilk avtomobilini buraxmaq noyyətindədir. iCar kod adı altında hazırlanan avtomobilin yaradılması üçün Apple şirkəti 20 nəfər gənc mütəxəssisi cəlb etmişdir. Əvvəllər müxtəlif alman avtomobil şirkətlərində çalışmış və ideyaları qulaqardına vurulan bu mütəxəssislər, amerikan şirkətinin Berlində təşkil etdiyi xüsusi laboratoruyada çalışacaqdırlar. Apple şirkəti onlara öz ideyalarını həayata keçirmək üçün tam kart-blanş vermişdir. Bu kollektivin başlıca vəzifəsi proqram təminatının və bazar strategiyasının yaradılmasıdır. Avtomobilin texniki hissəsi üzərində isə, Avstriyanın məşhur Magna Şteyr şirkəti işləyəcəkdir.
Avtomobilin istehsalı da elə həmin Avstriya şirkətinin zavodunda təşkil ediləcəkdir. Artıq məlumdur ki, iCar avtomobilini Apple şirkətinin xüsusi onlayn-kirayə firmasından kirayəyə götürmək mümkün olacaqdır. Bu avtomobillər pərakəndə satışda olmayacaqlar. Bu onunla izah edilir ki, Apple böyük investisiya tələb edən diler və servis şəbəkəsinin yaradılmasında maraqlı deyil.
Apple iCar avtomobili tam avtonom olmasa da, sonradan proqram təminatını yeniləyərək onu 100 faizlik pilotsuz avtomobilə çevirmək mümkün olacaqdır. Lakin, Apple şirkəti tam avtonom avtomobillərin bu on illiyin sonunda meydana gələcəyindən əmindır və hələlik avtomobilləri adi idarəetmə orqanları ilə təchiz edəcəkdir.
Apple şirkətinin avtomobilinin hansı seqmentə aid olacağı da naməlumdur. Amerikan şirkətinin avtomobil istehsal etmək niyyətinin ciddi olduğu Tesla şirkətinin keçmiş vitse-prezidenti Kris Porrittin və baş mühəndisi Ceymi Karlssonu öz sıralarına cəlb etməsindən bilinir.