Smartfonun avtomobilə qoşulması texnologiyası olan Apple CarPlay 2024-cü ildə geniş şəkildə yenilənəcək. Yeniliklərin bolluğu baxımından bu, CarPlay sisteminin növbəti nəslinə bənzəyir. Bundan sonra, CarPlay hər bir avtomobil istehsalçısı ilə sıx əməkdaşlıq şəraitində hazırlanacaq ki, bu da avtomobilin elektron sistemləri ilə dərin inteqrasiyanı, habelə konkret marka və model üçün istifadəçi interfeysinin fərdiləşdirilməsini vəd edir.

Apple nümunə kimi iki avtomobil istehsalçısı - Aston Martin və Porsche üçün hazırlanmış proqram təminatının sınaq versiyalarını təqdim edib. Bu, CarPlay sisteminin nə dərəcədə fərqli görünə biləcəyini nümayiş etdirmək üçündür.

Məsələn, məşhur ingilis superkarları indi Apple protokolunun interfeysini təkcə media sisteminin ekranında deyil, həm də rəqəmsal cihazlar panelində də göstərirlər. Sonuncu üçün mərkəzi məlumat “pəncərəsi” və çəkilmiş iki böyük siferblat olan üslub seçilib. Aston Martin brendinin bəzi ailə xüsusiyyətləri (gümüş şkalalar, yaşıl haşiyə) saxlanılıb, hətta mütləq olan “Handbuilt in Great Britian” yazısı da mövcuudur.

Apple sistemi Porsche interyerinə də dərindən inteqrasiya olunub. Onun interfeysi təkcə media sisteminin ekranında və üç firma “quyusu” olan cihazlar panelində deyil, həm də sərnişinin qarşısında yerləşən üçüncü displeydə də göstərilir. Tərtibatda alman markasının avtomobillərin oturacaqlarının üzlənməsində tətbiq edilən xarakterik Pepita həndəsi naxışından istifadə olunur.

İnterfeys fərdi dizaynı ilə yanaşı, yeni CarPlay smartfon və avtomobil arasında qüsursuz qarşılıqlı əlaqəni təmin etməlidir. Avtomobilin multimedia sistemi mobil proqramları, kontaktları və bir çox başqa parametrləri göstərə və idarə edə biləcək.

Öz növbəsində, iPhone spesifik texniki məlumatları qəbul və istifadə edə biləcək: sürət, dirsəkli valın dövrləri, yürüş ehtiyatı, təkərlərdəki təzyiq, geolokasiya və s. Apple şirkəti avtomobil məlumatlarının smartfon tərəfindən saxlanılmayacağına və izlənməyəcəyinə zəmanət verir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.