WWDC 2025 sərgisində Apple şirkəti CarPlay tətbiqinin yeni versiyasını təqdim edib. Təkmilləşdirilmiş rabitə sistemi yenicə təqdim olunmuş iOS 26 əməliyyat sisteminin bir hissəsidir. Göründüyü kimi, Apple iOS 18.5-dən birbaşa iOS 26-ya keçməyə qərar verib.

Apple şirkətinin məlumatına görə, CarPlay gündə 600 milyon dəfədən çox istifadə olunur. Nəzərinizə çatdıraq ki, bu rabitə sistemi iPhone smartfonunu avtomobilin multimedia sisteminə qoşmağa və bir sıra tanış proqramlardan istifadə etməyə imkan verir. Yeni versiyanın tətbiqi ilə istifadəçilərin daha cəlbedici və istifadəsi asan interfeys əldə edəcəyi gözlənilir. Belə ki, CarPlay artıq yeni Liquid Glass dizaynına malikdir.

Məsələn, həyat yoldaşınızı hava limanından götürmək üçün yollanmısınız və Maps naviqatorundan istifadə edirsiniz. Eyni zamanda, onun uçuşunu izləmək istəyirsiniz. Live Activities buna da şərait yaradır

Bir sıra intellektual yeniləmələr, o cümlədən daxil olan zəngləri göstərmək üçün yeni yığcam görünüş də  elan edilib. Apple yeni funksiyanın istifadəçilərə naviqatorun görüntüsünü bağlamadan kimin zəng etdiyini görməyə imkan verəcək. Digər faydalı dəyişiklik, qaraj qapıları və evin daxili işıqlandırması kimi əlaqəli cihazlar üçün virtual düymələri ehtiva edən vidjetlərin tətbiqidir. İstifadəçilər həmçinin Live Activities-ləri daha tez görə biləcəklər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət, CarPlay tətbiqinin ən son versiyasında mesajlarla bağlı yeniləmələr var. Məsələn, Tapbacks funksiyasının köməyi ilə söhbətləri sabitləyə və mesajlara asanlıqla cavab vermək mümkün olacaq - tez bir zamanda "bəyənmə" və ya "bəyənməmək" göndərmək olar. Əlavə etmək qalır ki, bütün bu yenilənmələri CarPlay Ultra da alacaq. Bu protokol yaxınlarda Aston Martin avtomobillərində istifadəyə verilib, gələcəkdə isə, Hyundai, Kia və Genesis kimi digər markaların modellərində də görünəcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.