Apple şirkəti iOS əməliyyat sisteminin iPhone smartfonları üçün nəzərdə tutulmuş yeni variantını - iOS 11 əməliyyat sistemini təqdim etmişdir. Bu sistemin yeniliklərindən biri «avia rejimə» bənzər funksiyadır ki, telefon sahibinin sükan arxasında olması halında funksiya avtomatik olaraq aktivləşəcəkdir.

Smartfon avtomobildə hərəkəti aşkarlayaraq qadjetin ekranını avtomatik olaraq qapadacaq  və daxil olan bildirişləri göstərməyəcəkdir. Eyni zamanda, iPhone daxil olan ismarıclara telefon sahibinin avtomobilin sükanı arxasında olduğu cavabını göndərəcəkdir. Əgər ismarıcgöndərənə sürücü ilə təcili əlaqə saxlamaq gərəkdirsə, bu saman o ismarıcı «urgent» («təcili») kəlməsi yazaraq göndərməlidir. Bu halda sürücünün telefonunun ekranında ismarıc haqqında xəbərdarlıq görünəcəkdir. Bundan başqa, sistemdə sərnişin rejimi də mövcuddur. Əgər smartfon insanın avtomobildə olduğunu aşkarlayarsa və daxil olan ismarıcları qapadarsa, bu zaman sərnişinə ekrandakı düyməyə basaraq sükan arxasında olmadığını bildirməsi kifayətdri. iOS əməliyyat sisteminin yeni variantı bu ilin payızından istifadəçilərin sərəncamına veriləcəkdir.

2016-cı ilin noyabrında ABŞ-ın hərəkətin təhlükəsizliyi milli administrasiyası (NHTSA) smartfonların interfeysini sadələşdirən və sürücünün diqqətini yayındırmayan xüsusi rejimin yaradılması təklifi ilə çıxış etmişdir. Ekspertlərin fikrincə bu sürücülərin smartfonlarla istifadə müddətini azaltmağa imkan verəcəkdir.    

Image alt Image alt Image alt