Lotus şirkətinin keçmiş patronu Dani Bahar tərəfindən yaradılmış Ares Design firması, son işi olan S Project layihəsini təqdim edib. Yeni avtomobil iri havalandırmalı qanadları və damındakı hava girişi olan aerodinamik kuzova sahibdir. Superkarın arxa pəncərəsinin yerində buraxılış sisteminin çıxış boruları olan bütöv panel yerləşir.
Bu layihə üçün şassi və səkkiz pilləli “robot” yeni Chevrolet Corvette modelindən heç bir dəyişiklik olmadan götürülüb. Lakin, superkarın təchiz edildiyi 6,2-litrlik V8 atmosfer mühərriki ciddi şəkildə təkmilləşdirilib. Bununla belə, mühərrikin təkmilləşdirilməsi üsulu açıqlanmayıb. Şirkətindən bu sirrin Ares Design firmasına və ABŞ-dan olan bir təchizatçıya aid olduğunu bildirilib. Ancaq təkmilləşdirilmiş aqreqatın hasilatı açılanıb - 715 at qüvvəsi və 969 Nm. Bundan əlavə, mühərrik artıq 9000 dövr/dəqiqəyə qədər sürətlənə bilər.
Top Gear nəşrinə müsahibə verənDani Bahar, bütün dəyişikliklərin mexaniki xarakter daşıdığını söyləyib. O, proqram təminatının dəyişdirilməsi ilə belə bir nəticənin əldə edilməyəcəyini qeyd edib. Bahar mühərrikin vaxtı ilə Formula 1 çempionatında istifadə edilmiş V10 kimi səsləndiyini də bildirib.
Ares Design iki il ərzində 24 ədəd superkar istehsal etməyi planlaşdırır. Avtomobillərin biri yarım milyon avroya başa gələcəkdir ki, bu da Chevrolet Corvette C8 modelindən təqribən 10 dəfə bahadır. Bir müddət sonra, S Project modelinin yeni variantları yaradıla bilər.