Ares Design atelyesi növbəti maraqlı layihəni təqdim edib: bu dəfə italyanların Tesla Model S elektrokarını rodsterə çevirmək niyyətindədirlər. Dərc edilmiş təsvirdən göründüyü kimi, Ares Design atelyesinin hazıradığı rodster, bazasında inşa edildiyi elektrokardan yeni aerodinamik kuzov dəsti, eksteryerin dekorativ elementləri, təkər diskləri və oturacaqların arxasındakı müqavimət sipərləri ilə seçilir.
İtalyan atelyesi avtomobilin iki qapısını ixtisar edərək onu yumşaq tavan ilə təchiz edəcəkdir. Əlbəttə ki, avtomobili dördyerli sedandan iki yerli rodsterə çevirmək elə də asan iş deyildir. Böyük ehtimalla, rodsterin kuzov panellərinin əksər hissəsi karbondan hazırlanacaqdır ki, bu da ciddi şəkildə çəkiyə qənaət etməyə imkan verəcəkdir.