Polşanın Arrinera Automotive şirkəti öz ilk superkarı olan Hussarya’nın yarışlar üçün hazırlanmış GT variantını təqdim etmişdir. Avtomobil 2016 və 2017 illərdə keçiriləcək GT4 kateqoriyasındakı yarışlarda iştirak edəcəkdir. Yarış kupesinin təqdimatı Britaniyada keçirilən Autosport İnternational sərgisində baş tutmuşdur. 200 min avto qiyməti olan Arrinera Hussarya keçən ilin aprel ayında təqdim edilmişdi. Avtomobil General Motors’un istehsalı olan 800 at qüvvəli 8,2-litrlik V8 mühərriki ilə təchiz edlimişdir.
Beynəlxalq yarış seriyalarında Polşanı təmsilən çıxış edən ilk idman avtomobili karbon və alüminiumdan hazırlanmış yüngül konstruksiyaya, Ohlins şirkəti tərəfindən istehsal edilmiş asqı sisteminə və Varşava texniki universitetinin mütəxəssislərinın iştirakı ilə yaradılmış aerodinamik cəhətdən tam uyğunlaşdırılmış kuzova malikdir. Arxadan çəkişli modelin ağırlığı 1250 kiloqram təşkil edir.
Yarış sportkarı General Motors konserninin 6,2-litrlik səkkiz silindirli mühərriki və altı pilləli sekvental sürətlər qutusu ilə təchiz edilir. Mühərrikin gücü, təmzimlənmədən aslı olaraq 420 - 650 at qüvvəsi (580 - 810 Nm) arasında ola bilər. Avtomobilin hesablanmış maksimal sürəti 250-260 km/saat həddindədir.
İl ərzində Hussayra GT modelindən iki-üç nüsxə yığılacaqdır ki, 2016-cı ilin sonunda yarış avtomobilinə bənzəyən «adi yollar üçün» variantı da hazırlanmalıdır. Sonradan avtomobilin «bərkgedən» variantı olacaq Hussarya 33 modeli də təklif ediləcəkdir.