Hyperloop One şirkətinin keçmiş texniki direktoru Broqan Bembroqan tərəfindən yaradılan Arrivo startapı, avtomobillərin 320 km/saat sürəti ilə hərəkət edəcək yüksək sürətli şossenin konseptini təqdim edib. Şirkət belə bir yolun Kolorado ştatında inşa etmək planlarının olduğunu da bildirib.
The Verge nəşrinin bildirdiyinə görə, Arrivo tərəfindən təklif edilən layihə xüsusi platformalardan istifadəni nəzərdə tutur. Bu platformalar həm avtomobilləri, həm də yükləri daşıya bilərlər. Həmçinin, onların bazasında sərnişin modullarını da yaratmaq mümkündür.
Bu platformalar sürətli şosselərdə maqnit levitasiyasının hesabına hərəkət edəcəkdirlər.
Eksperimaental yüksək sürətli şossenin tikintisinə 2019-cu ildə Kolorado ştatındakı Denver şəhərində başlanacaqdır.
Şossenin kommersiya istifadəsinə 2021-ci ildə başlanmalıdır. Ehtimallara əsasən, şosse mövcud olan yollar boyu tikiləcəkdir. İlkin olaraq, belə şosse şəhərin mərkəzini hava limanı ilə birləşdirməlidir. Bu iki nöqtə arasındakı məsafəni qət etmək üçün doqquz dəqiqə kifayət edəcəkdir.
Bembroqan Arrivo şirkətini Hyperloop One şirkətini tərk etdikdən sonra yaradıb. Sonradan o şirkətə qarşı məhkəmə iddiası qaldıraraq, şirkətin yüksək vəzifəli şəxslərini israfçılıqda, vəzifələrindən sui-istifadə etməkdə və öz ünvanına hədələrdə ittiham edib.
Bembroqanın sözlərinə görə, “onlar Hyperloop One şirkətini şəxsu brendlərinin yaratmaq, gözəl həyat və ciblərini doldurmaq” üçün istifadə ediblər.
Hyperloop One layihəsi dörd il bundan öncə İlon Mask tərəfindən irəli sürülüb. Layihəyə əsasən, xüsusi sərnişin kapsulaları vakkum tunelində 1200 km/saat sürəti ilə hərəkət etməlidirlər. İlk belə tunel San-Fransisko ilə Los-Anjeles arasında yaradılmalıdır. Hələlik yalnız kapsulanın şassisi sınaqdan çıxarılıb – o döşəmədən 5,3 saniyə ərzində qalxaraq 112 km/saat həddinə qədər sürətlənib.