Q by Aston Martin xüsusi layihələr bölməsi Ceyms Bond haqqında növbəti filmin nümayişini James Aston Martin Vantage və DBS Superleggera modellərinin məhdud saylı buraxılışı ilə qeyd edəcəkdir. Nəşr 007 Edition adlandırılıb və layihənin üzərində işləyən dizaynerlər əfsanəvi casus haqqında filmlərdən ilhamlanıblar. Ümumilikdə 100 nüsxədən çox Vantage kupesi və yalnız 25 ədəd DBS Superleggera modeli buraxılacaqdır.
Məhdud saylı Vantage 007 Edition modeli Ceyms Bond haqqında on beşinci film olan "Gözlərdən qığılcım" (1987) filmində debüt edən orijinal Aston Martin V8 modelindən ilham alınaraq yaradılıb. Kupe, digər şeylərlə yanaşı, Cumberland Grey kuzov rəngi və xrom haşiyəsi olan radiator barmaqlığı ilə seçilir. Kuzovun aşağı hisəsindəki sarı haşiyələr filmdəki avtomobilin uzadıla bilən tirləri və reaktiv mühərrikin çıxış borularını təqlid edir. Bundan əlavə, model üçün dağ xizəklərini və onların daşınması üçün xüsusi qurğunu sifariş etmək olar.
Salonda qara dəridən üzləməni, qara xrom işləmələri və xatirə lövhələri görmək olar. Oturacaq yastığının yivləri Aston Martin V8 modelin forması şəklindədir. Başlıqların arxa hissəsində violonçelin rezonator dəliklərinin təsvirləri var – bu, 1987-ci ilin filminə başqa bir istinaddır. Günəşliklirdə isə 96.60 FM tezliyi həkk edilib: "Gözlərdən qığılcımlar" filmində bu dalğa milis tərəfindən istifadə olunurdu. Dirsəkaltında isə casus cihazlarının idarəetmə panelinin sxematik təsviri gizlədilmişdir.
Bonda həsr edilmiş Aston Martin DBS Superleggera modelini Ceramic Grey kuzov rənginə, karbon lifindən hazırlanmış eksteryer elementləri, parlaq qara 21-düymlük təkər diskləri və seriyanın emblemləri ilə seçilir. Kupenın interyeri qırmızı xalları olan qara rəngdədir. Qapı kandarlarında qapı seriyanın ümumi tiraj göstərilib. DBS Superleggera 007 Edition qiyməti 279,025 funt sterlinqdir. Vantage 007 Edition Coupe ucuzdur: 161.000 funt sterlinq.
007 Edition seriyası Aston Martin şirkəti ilə Bond filmini çəkən EON Productions kinoşirkətinin ortaq layihəsidir. Yeni seriya “No Time to Die” filminin yayımlanmasına həsr olunmuşdur. Filmdə Britaniya markasının dörd modeli nümayiş olunacaqdır: ölməz klassik DB5 modeli, V8 kupesi, müasir DBS Superleggera və ortamühərrikli Valhalla hiperkarı.