Aston Martin şirkətinin yeni Vanquish Zagato Speedster modelini hazırladığı barədə şaiyələrin gəzdiyi bir zamanda, istedadlı dizayner Yan Peyzert Vanquish Speedster modelinin renderini hazırlamışdır.
Dizayner əsas olaraq Zagato atelyesi tərəfindən hazırlanmış Aston Martin Vanquish Zagato Volante modelini götürmüşdür. Renderdən də göründüyü kimi, render üzərində işləyən zaman Yan Aston Martin DB Roadster 1 modelindən ilham almışdır.
Zagato dizaynerləri tərəfindən hazırlanan Vanquish modelinin möhtəşəm dizaynı bu avtomobili kolleksiyaçılar arasında qiymətli edir. Bildiyimiz kimi, kupe və açıq kuzovlu modellərin hər birindən 99 ədəd istehsal ediləcəkdir. Bununla yanaşı, Britaniya istehsalçısı 28 ədəd Aston Martin Vanquish Speedster modelini də buraxmağı planlaşdırır.
Məhdud sayda buraxılacaq avtomobilin hər bir nüsxəsi 1,2 milyon avroya satılacaqdır.
İlk spidsterlərin müştərilərə gələn ilin sonunda çatdıracağı da söylənilir. Aston Martin Vanquish Zagato Speedster superkarının gücü 576-dan 600 at qüvvəsinə artırılmış 5,9-litrlik V12 atmosfer tipli mühərriki ilə təchiz ediləcəyi ehtimal edilir. Bildiyimiz kimi, standart Aston Martin Vanquish modeli 100 km/saat həddini 4,1 saniyəyə toplayır və 295 km/saat maksimal sürətə malikdir. Speedster modelinin göstəricilərinin də bu rəqəmlərə yaxın olacağı istisna edilmir.