Aston Martin şirkətinin Marketinq və Məhsul Strategiyası departamentinin rəhbəri Aleks Lonq ingilis brendinin böyük V8 və V12 mühərriklərinə üstünlük verməsinin səbəbini açıqlayıb. O, “Car Throttle” nəşrinə hər şeyin superkar alıcılarının zövqü ilə bağlı olduğunu bildirib. Top-menecerin sözlərinə görə, söhbət təkcə xarakteristikalardan deyil, həm də “V6 mühərriklərinin hələlik təmin edə bilmədiyi, lakin V8 və V12 mühərriklərinin malik olduğu emosional əlaqədən” gedir. Aleks Lonq V8 mühərriklərinin əsl canlanmasının koronavirus pandemiyasından sonra baş verdiyini qeyd edib.

“Əksər hallarda səkkizsilindrli Aston Martin ailədəki yeganə avtomobil deyil. Müştərilərimizin əksəriyyətinin elektromobilləri var, lakin onlar V8 mühərrikli superkarın səsini, gurultusunu, titrəyişlərini və digər hisslərini istəyirlər”, - Aleks Lonq izahat verib. Ekoloji standartların sərtləşməsinə baxmayaraq, texnoloji tərəqqi sayəsində V8 mühərrikləri daha əlçatan olublar. Bununla belə, söhbət kütləvi şəkildə buraxılan AMG səkkizsilindrli biturbo mühərrikindən gedir.

Marketinq və məhsul strategiyası departamentinin rəhbəri Aston Martin brendinin inkişaf prioritetlərini müəyyən etməyin çətin olduğunu bildirib, çünki elektrik ötürməsinə keçidi nəzərdən qaçırmaq olmaz. Eyni zamanda, hibrid texnologiyalar da mövcuddur, lakin eyni zamanda, daxili yanma mühərriklərinin inkişafı "fenomenal mərhələdədir": bir litrə düşən xüsusi güc demək olar ki, 200 at qüvvəsinə bərabərdir!

Maraqlıdır ki, rəqiblər artıq V6 mühərriki olan superkarlar istehsal edirlər. Oxşar konfiqurasiyadan Formula 1 zavod komandası tərəfindən istifadə edilsə də, minik Aston Martin modellərində belə mühərriklər olmayacaq. İstisna Mercedes-AMG sıralı altısilindrli mühərrikilə hərəkətə gələn və Çin bazarı üçün buraxılan DBX krossoveridir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.