Məşhur Britaniya istehsalçısı Aston Martin şirkəti Çin bazarı üçün nəzərdə tutulmuş V8 Vantage S GB Edition rodsterini hazırlamışdır. Böyük Britaniyə mədəniyyətinə həsr edilmiş rodster beş nüsxədən ibarət məhdud sayda seriya ilə buraxılacaqdır.
Qeyd etmək lazımdır ki, rodsterə sahib olmaq istəyən çinli müştərilərə 2088000 yuan məbləğində vəsaut xərcləmək lazım olacaqdır ki, bu da təxminən 509 min manat edir. Avtomobili yalnız Çində əldə etmək mümkün olacaqdır. Xüsusi rodsterin hazırlanması üzərində Britaniya istehsalçısının Q bölümünün mütəxəssisləri çalışmışdırlar. Markanın nümayəndədləri xüsusi modelin “Britaniya mədəniyyəti və incəsənətini” təmsil etdiyini bildirmişdirlər. Rosdterin kuzovü xüsusi olaraq hazırlamış Stratus White rənginə boyanmış və göy aksentlərlə bəzədilmişdir.
Aston Martin V8 Vantage S GB Edition rodsterinin salonun tərtibatında Aurora Blue çalarına malik olan eksklyuziv dəridən istifadə edilmişdir. Bunula belə, avtomobil texniki cəhətdən dəyişikliklərə məruz qalmamışdır.
Sportkar 430 at qüvvəsi gücü və 490 Nm fırlanma anı olan 4,7-litrlik V8 mühərriki ilə komplektləşdirlir. V8 Vntage S saatda 100 kilometr sürətini 4,8 saniyəyə toplayır. Avtomobilin maksimal sürəti 290 km/saat təşkil edir.