Aston Martin şirkəti Wings Series xəttindən olan yeni avtomobili təqdim edib. Xatırladaq ki, bu xəttdə markanın bütün aviasiya layihələri birləşdirilib. Bu, British Airways aviaşirkətinin 100 illik yubileyini və əfsanəvi səsdən sürətli Concorde avialaynerinin ilk uçuşundan 50 il keçdiyini qeyd edən DBS Superleggera modelidir.
Xüsusi layihələr üzrə ixtisaslaşmış Q by Aston Martin bölməsi 10 unikal kupe istehsal etməyi planlaşdırır. Sifariş, markanın Bristoldakı diler mərkəzindən daxil olub. Xatırladaq ki, Concorde'un tam yığılması prosesi məhz Bristol yaxınlığında həyata keçirlirdi. Hazırda orada Aerospace Bristol muzeyi fəaliyyət göstərir. Bu muzeydə avialaynerin sonuncu nüsxəsi nümayiş etdirilir.
Aston Martin DBS Superleggera Concorde modelinin təqdimat tarixi təsadüfən seçilməyib: 26 noyabr 2003-cü ildə G-BOAF göyərtə nömrəsinə malik olan təyyarə Hitroudan uçaraq Bristolun üzərində «şərəf dövrəsi» vurub və Filtonda yerə enib. Bundan sonra Concorde havaya qalxmayıb.
Kolleksiya Aston Martin kupesi Concorde təyyarələrini istismar etmiş British Airways şirkətinin rənglərində livreyaya sahib olub. Bundan başqa, avtomobil«qəlsəmələrindəki» təyyarə formasında olan əlavə, qanadlardakı Speedmarque emblemlərinə, karbondan dama və kapotdakı qara emaldan örtüyü olan emblemə sahib olub.
Avtomobilin zahiri görkəmini Mülki aviasiya idarəsinin verdiyi identifikasiya nömrəsi və Aston Martin şirkətinin rəhbəri Əndi Palmer və British Airways idarə heyətinin sədri Aleks Kousun imzaları olan təftiş lövhəcikləri tamamlayır.
Kupenin salonunda Concorde barədə ön oturacaqlardakı loqotiplər, sürücü tərəfindəki günəşlikdəki maxometr üslubunda qrafika, «səsdənyüksək partıltının» təsviri olan alkantara ilə üzlənmiş tavan xatırladır. DBS Superleggera Concorde modelinin sükanaltı dəstəkləri əsl avialaynerin kompressorunun titan pərlərindən, kəmərlərin qıfılları isə alüminiumdan hazırlanıb.
Concorde təyyarəsi üzərində çalışmalara 1950-ci illin sonlunda başlanıb. Avialayner ilk uçuşunu 1969-cu ilin yazında həyata keçirib. 25 iyul 2000-ci ildə Parisdə baş vermiş qəzadan sonra Concorde təyyarələrinin uçuşları dayandırılıb.
2001-ci ildə yenidən bərpa edilsə də, bir sıra xırda hadisələr və yanacağın qiymətinin artması British Airways və Air France şirkətlərini Concorde təyyarəsinin istismarını dayandırmağa məcbur edib.