86-cı beynəlxalq Cenevrə avtomobil sərgisində təqdim edilmiş Aston Martin DB11 sportkarı satışları başlamazadan əvvəl bestseller’ə çevrilmişdir. Artıq britaniyalı idman avtomobilləri istehsalçısı öncədən 1400 ədəd sifariş qəbul etmişdir. Yeni sportkarın alıcılara çatdırılması bu ilin dördüncü rübündə başlanmalıdır. Bir sıra Avropa kütləvi informasiya vasitələrinin əldə etdiyi məlumatlara əsasən, markanın ilk 500 VİP müştərisi öncədən sifarişləri avtomobilin bağlı təqdimatı zamanı yerləşdirmişdirlər. Daha 500 nəfər avtomobilin internetdə dərc edilmiş fotoşəkillərinə baxdıqdan sonra, 400 nəfər isə Cenevrə avtosalonundakı nümayişdən sonra sifariş yerləşdirmək qərarına gəlmişdirlər.

Yeni sportkarın Şimali Amerika bazarındakı satış qiyməti 211995 ABŞ dolları (339580 manat) təşkil edir. Avtomobilin vətənindəki qiyməti 154900 funt-sterliqdən (351300 manat) başlayır. Avropada isə, Aston Martin DB11 modeinin qiyməti 204900 avro (359285 manat) səviyyəsindədir.

Aston Martin DB11 sportkarı istehsalçının model cərgəsində DB9 modelini əvəz edəcəkdir. Avtomobil 600 at qüvvəsi və 700 Nm fırlanma anı olan 5,2-litrlik iki turboüfürməli V12 mühərriki ilə təchiz edilir. Güc aqreqatı ZF firmasının istehsalı  səkkiz pilləli avtomatik sürətlər qutusu ilə birgə işləyir.

Sportkara 100 km/saat həddinə kimi sürətlənməyə 3,9 saniyə tələb olunur. Avtomobilin maksimal sürəti 322 km/saat təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt