Aston Martin şirkəti DB11 superkarının açıq kuzovlu modifikasiyasını təqdim edib. Dünyanın ən gözəl kabrioletlərindən olan Aston Martin DB11 Volante AMG şirkətinin məhsulu olan V8 mühərriki ilə təchiz ediləcəkdir.
DB11 ailəsinin üçüncü üzvü olan kabriolet Bordo qırmızısı, qara gümüşü və boz gümüşü rəngli yumşaq dam örtüyü ilə təklif ediləcəkdir. Aston Martin DB11 Volante modelinin səkkiz qatlı yumşaq dam örtüyü xüsusi izolyasiya materiallarından hazırlanıbdır. Damın mexanizmi xüsusi hava kameralarında 100 min sınaq dövründən keçibdir ki, bu da 10 illik real istimar müddətinə bərabərdir. Avtomobilin sınaqları yüksək temperaturalar olan ABŞ-dakı “Ölüm vadisində” və ən aşağı temperaturalar olan şimal qütbündə aparılmışdır.
Sərnişinləri küləyin səsindən və əlverişsiz hava şəraitindən qoruyan dam örtüyü 14 saniyəyə qatlanır və 16 saniyəyə qaldırılır. Bu əməliyyatı 50 km/saata qədər sürətlərdə həyata keçirmək mümkündür.
Yeni alüminium platformada inşa edilən kabriolet sələfindən daha sərt və yüngül kuzova malikdir. Modelin çəkisi 1870 kiloqram təşkil edir ki, bu sələfi DB9 Volante modelində olduğundan 26 kiloqram azdır. Bundan başqa, Aston Martin DB11 Volante kabrioleti sələfinə nisbətən 20% daha geniş baqaj həcmi təklif edir. Aston Martin DB11 Volante modelinin kapotunun altında AMG şirkətinin istehsalı olan 4,0-litrlik V8 biturbo mühərriki yerləşdirilib. Bu güc aqreqatı 510 at qüvvəsi və 675 Nm fırlanma anı hasil edir. Mühərrik səkkiz pilləli avtomatik sürətlər qutusu ilə tandemdə çalışır.
Kabrioletin təchizatına elektrik sükan gücləndiricisi və aktiv dartma vektoru olan məhdud sürtünməli differensial da daxildir.
İstehsalçı kabrioletin dinamik xarakteristikalarını açıqlamayıb. Bəznər mühərriklə təchiz edilən Aston Martin DB11 kupesi 100 km/saat həddinə 4,0 saniyəyə sürətlənir və 301 km/saat maksimal sürətə malikdir. Çox güman ki, kabrioletin dinamik xüsusiyyətləri bir qədər başqa olacaqdır.
Aston Martin DB11 Volante modelinin satışlarına gələn ilin birinci rübündə başlanacaqdır. Kabriolet Böyük Britaniyada 159900 funt-sterlinqdən, Almaniyada - 199000 avrodan, ABŞ-da isə, 216495 dollardan başlayan qiymətlərlə satılacaqdır. Modelin Azərbyacanda təklif olunacağı da istisna edilmir.