Aston Martin şirkəti DB11 kupe və kabrioletinin Shadow Edition adlı xüsusi seriyasını satışa çıxaracağını elan edib. "Tünd" seriyadan olan avtomobilləri eksteryerin qara xrom elementləri, tünd rəngli loqotipləri, kandar lövhələri, dəri və alkantara ilə üzlənmiş interyeri sayəsində tanımaq olar. Bütün qrand turerlər V8 mühərriki ilə təchiz ediləcək və 300 nüsxəlik tirajla buraxılacaqdırlar.
Bütün Aston Martin DB11 Shadow Edition modelləri qara parlaq dama və antrasit rəngli 20-düymlük təkər disklərinə malik olacaqdırlar . Müştərilər kuzovun altı rəngindən birini, dekorun, tikişlərin və əyləc supportların rəngini seçə biləcəkdirlər.
"Tünd" seriyadan olan Aston Martin DB11 modelləri texniki cəhətdən dəyiməyıblər: kupe və kabrioletlər Mercedes-AMG istehsalı olan 510 at qüvvəli 4,0-litrlik V8 biturbomühərriki ilə təchiz edilirlər. Hər iki variantın maksimal sürət həddi 301 km/saatdır. Yerindən 100 km/saat həddinə kupe 4,0, kabriolet isə 4,1 saniyəyə sürətlənir.
Aston Martin DB11 Shadow Edition modellərinin ABŞ bazarındakı qiymətləri artıq elan edilib: kupe 222,600 (378.420 manat), kabriolet isə 256.900 dollara (436.730 manat) satlacaqdır.