Aston Martin şirkəti unikal DBS GT Zagato modelini təqdim edib. Superkar italyan atelyesinin 100 illik yubileyinə həsr edilmiş 19 avtomobildən ibarət olan kolleksiyanıntərkib hissəsi olacaqdır. Superkarın qiyməti 6 milyon funt sterlinqdir. DBS GT Zagato kupesi klassik DB4 GT Zagato replikası ilə birlikdə satılacaqdır.
Aston Martin DBS GT Zagato modeli DBS Superleggera kupesinin bazasında inşa edilib. Yeni model donorundan bütov kabronplastikdən hazırlanmış damı və anodlaşdırılmış metaldan düzəldilmiş 108 ayrı elementi olan radiator barmaqlığı ilə seçilir. Bu elementlər avtomobil dayanan zaman hərəkətsiz görünürlər. Mühərrikin işə salınması ilə birlikdə onlar da «hərəkətə» gəlirlər.
DBS GT Zagato modelinin 19 nüsxəsinin hər biri Supernova Red rənginə boyanacaq və 18-karatlıq qızıldan hazırlanmış loqotiplərlə bəzədiləcəkdir. Kupenin salonunda qara-qırmızı rəngdə tərtibata, sırıqlı dəri ilə üzlənmiş oturacaqları, «atlas tvili» hörməsi olan karbon detalları görmək olar. Yəhər formasında olan mərkəzi tonneli «çap edilmiş karbonplastik», alüminium və vakkum üsulu ilə vurulan qızıl qatı ilə bəzəmək olar. Müştərinin sifarişi ilə, Aston Martin additiv texnologiyalardan istifadə edərək, istənilən faktura və istənilən materialdan detalı hazırlamağa hazırdır.
Superkar 725 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 5,2-litrlik V12 biturbomühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı səkkiz diapazonlu ZF “avtomatı” ilə tandemdə çalışır. Aston Martin DBS GT Zagato 100 km/saat həddinə 3,4 saniyəyə sürətlənir.