Ekstremal Aston Martin DBS Superleggera modeli tarixi xüsusi DBS 59 versiyasına sahib olub. Yeni xüsusi versiya britaniya markasının 1959-cu ildə «Le Manın 24 saatı» marafonunda qazandığı qələbəsinə həsr edilib. Q by Aston Martin bölməsi 24 nüsxədən ibarət tirajla buraxılacaq avtomobilin ilk nüsxəsini yığıb.
Unikal superkarların inşasına sifarişi britaniyalı Aston Martin Cambridge dileri sifariş edib. Hər bir superkar Aston Martin üçüb dublla nəticələnən yarışın bir saatınının rəmzidir. Yarış DBR1 avtomobiini Roy Salvadori və Kerroll Şelbi , ikinci avtomobili isə Moris Trintinyan və Pol Frer idarə edirdi.
Aston Martin DBS 59 üçün əsas rəng yaşıl Aston Martin Racing Green rəngi seçilib. Bu rəng parlaq örtüyü olan karbon dekor elementləri, bürünc rəngli əyləc supportları, Superleggera yazıları və radiator barmaqlığının haşiyəsi ilə uyğunlaşır. Arxa spoylerin ucuna orijinal DBR1 yarış avtomobilinin şassi nömrəsi həkk edilibdir. Salonda Le Man avtomobillərinin tərtibatını xatırladan örtüyü olan oturacaqları, bürünc sükanaltı dəstəklərini və oturacaqlara həkk edilmiş xüsusi seriyanın emblemini görmək olar.
Yarış haqqında onun keçirildiyi tarixi, keçilmiş dövrələrin sayı və DBR1 modelinin təsviri olan günlük xatırlatmalıdır. Hər bir superkarın sahibi Kerroll Şelbinin dəbliqəsinin və əlcəklərinin replikasını əldə edəcəkdir. Bu replikalar oturacaqların arxasındakı xüsusi bölümdə saxlanılır.
Aston Martin DBS 59 modeli 725 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 5,2-litrlik V12 mühərriki ilə təchiz edilir. Güc aqreqatı səkkiz diapazonlu ZF avtomatik qutu ilə tandemdə çalışır. Superkar 60 mil/saat (97 km/saat) həddinə 3,4 saniyəyə sürətlənir və 342 km/saat maksimal sürət həddinə malikdir.