Aston Martin şirkəti özünün ilk krossoveri olacaq DBX modelinin yol testlərinin aktiv fazasına keçib. Bu günlərdə krossoverin prototipini Nürbuqrinqin «Şimal ilgəyində» qeydə alıblar. Çox güman ki, sınaq prototipi V8 mühərriki ilə təchiz edilib.
Yaxın zamanlarda Aston Martin şirkəti tarixində olan ilk seriya krossoverini təqdim etməlidir. Hazırda sınaq prototipinin aktiv sınaqlarına başlanıb. Buna «Nordşlyayfe»dəki testlər də daxildir. Testlər zamanı çəkilmiş Aston Martin DBX prototipi maraqlı səsi ilə yadda qalıb. Çox güman ki, avtomobil AMG bölməsinin istehsalı olan 4,0-litrlik V8 biturbomühərriki ilə təchiz edilib. Aston Martin DB11 sportkarında quraşdırılmış bu mühərrik 503 at qüvvəsi hasil edir. Krossoverin sonradan Aston Martin istehsalı olan V12 mühərriki ilə təchiz ediləcəyi istisna olunmur. Lakin, DBX ilkin olaraq V8 aqreqatı ilə təklif ediləcəkdir.
Bir müddət bundan öncə çəkilmiş cəsus şəkillərində Aston Martin DBX modelinin interyerində də Mercedes-Benz elementlərindən istifadə ediləcəkdir. DBX modelinin elektrik variantı da britaniya markasının hazırladığı platformada, lakin alman komponenləri ilə inşa ediləcəkdir. Elektromobil 2021-ci ildə Aston Martin şirkətinin Uelsdəki zavodunda Lagonda modelləri ilə birlikdə buraxılacaqdır. DBX modelinin rəqibləri Porsche Cayenne, Bentley Bentayga, Rolls-Royce Cullinan, Lamborghini Urus və istehsala hazırlanan Ferrari krossoveri olacaqdır.