Aston Martin DBX krossoveri, Britaniya markasının Seynt Atan (Cənubi Uels) qəsəbəsindəki yeni zavodunda istehsal edilən ilk seriya avtomobili olub. Zavod keçən ilin dekabr ayının əvvəlində açılsa da, ilk avtomobil konveyer xəttini dünən tərk edib. Aston Martin bu hadisəni öz tarixindəki dönüş nöqtəsi adlandırır və ayın sonuna qədər krossoverlərin dilerlərə çatdırlacağını vəd edir.
Təxminən 36 hektar torpaq sahəsi olan ərazi əvvələr Böyük Britaniyanın Müdafiə nazirliyinə məxsus olub. II Dünya Müharibəsi zamanı burada RAF St.Athan aviabazası yerləşirib və bu bazada 14 min nəfərə xidmət edib.
Müharibədən sonra baza təlim mərkəzinə çevrilib və artıq XXI əsrdə qəsəbə Kraliyyət HHQ-nə məxsus olan hərbi təyyarələrin və mülki aviaşirkətlərin laynerlərinin xidmət olunduğu bazaya çevrilib. 23 Fevral 2012-ci ildə buradan səmaya qalxan sonuncu təyyarə uzun mənzilli Vickers VC10 təyyarəsi olub.
Düz dörd il sonra, aviabaza Aston Martin tərəfindən satın alınıb. Sövdələşmənin məbləği açıqlanmasa da, şirkət yeni müəssisədə 750 nəfərlik iş yerinin yaradılacağını bildirib. Seynt Atandakı zavodda artıq Aston Martin DBX krossoverlərini yığmağa başlayılar və 2022-ci ildə ona Lagonda elektrokarı da qoşulacaqdır.
Krossoverin planlaşdırılan istehsal həcmi ildə beş min avtomobil təşkil edir. Eyni zamanda, idman avtomobilləri və qran turerlərin istehsalına şirkətin Geydondakı əsas zavodunda davam etdiriləcəkdir. Nyuport Paqnelldəki zavod Aston Martin Works klassik avtomobillər bölməsinə məxsus olacaqdır.