Növbəti bir neçə il ərzində Aston Martin DBX krossoveri üç yeni versiyaya sahib olacaqdır ki, bunlardan biri də qoşulan hibriddir. Belə avtomobil, çox güman ki, güc qurğsunu hələ də təqdim olunmamış 63e və 73e indeksli Mercedes-AMG modellərindən alacaqdır.
Bu günə qədər, Britaniya markasının ilk krossoveri üçün güc qurğusu seçimi təklif olunmur. Doqquz pilləli “avtomat” ilə tandemdə çalışan 4,0-litrlik V8 biturbomühərriki 550 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edir.
Yeri gəlmişkən, bu mühərrik də Mercedes-AMG bölməsinin məhsuludur. Bununla birlikdə, yaxın bir neçə il ərzində DBX modeli ən azı üç yeni versiyaya sahib olacaqdır. Bu modifikasiyalardan biri qoşulan hibrid güc qurğusu ilə təchiz ediləcəkdir.
Bu barədə "Autocar" nəşrinə müsahibə verən Aston Martin şirkətinin rəhbəri Tobias Moers bildirib. O, PHEV variantı üzərində işlərin getdiyini təsdiqləyib və daha iki modifikasiyanın buraxılacağını elan edib - onlar bazara 2021-ci ilin üçüncü rübündə və 2022-ci ilin ikinci rübündə çıxacaqdırlar.
Aston Martin DBX PHEV hibridi isə, 2024-cü ilə qədər debüt edəcək və tərkibinə 4,0-litrlik V8 mühərriki və elektromotor daxil olan güc qurğusunu alacaqdır. Krossover təxminən 700 at qüvvəsinə və “elektrik ötürməsi ilə layiqli yürüş ehtiyatına” malik olacaqdır.
Digər bir yenilik ortamühərrikli Valhalla superkarı ilə bağlıdır. Layihəyə yenidən baxılmasına qərar verilib və kupe başqa bir mühərrikə sahib olacaqdır. Bu aqreqat Mercedes-Benz markasının elektrikləşdirilmiş mühərrikləridən biri olacaqdır, baxmayaraq ki, əvvəlcə şirkət superkarı 3,0-litrlik altısilindrli TM01 turbomühərriki ilə təchiz etməyi planlaşdırırdı.