Aston Martin şirkəti rəsmi olaraq DTM çempionatına qoşulduğunu bəyan edib. Dəbdəbəli britaniya markası bu seriyanı tərk edən Mercedes-Benz markasını əvəz edəcəkdir. Bu barədə DTM çempionatının rəhbəri Gerhard Berger məlumat verib.
Çempionatın promouteri olan ITR təşkilatı AstonMartin komandasının gələn ildən başlayaraq çempionatda çıxış edəcəyini bildirib. Bununla belə, dəbdəbəli avtomobillər istehsalçısının hansı mərhələdən başlayaraq yarışlarda iştirak edəcəyi dəqiqləşdirilməyib. Yeganə məlum olan, hazırda yeni yarış avtomobilinin hazırlanması işlərinin intensivləşməsidir.
Aston Martin şirkətinin texniki tərəfdaşı R-Motorsport komandası olacaqdır. Bu komanda artıq markanı GT seriyasında təmsil edir. Üstəlik, hazırda Mercedes ilə əməkdaşlıq edən HWA komandası da R-Motorsport'a yardım edəcəkdir.
Aston Martin komandası pilotlarının adını açıqlamasa da, namizədlər arasında bu çempionatda yarışmış Maksim Marten və Aston Martin şirkətinin nümayəndəsi olan Niki Tim də vardır.