Britaniya brendinin gələcək modeli üçün Pirelli şirkətinin Cyber Tire adlı nou-hausu elan edilib – bu, sensorlu şin texnologiyasıdır. Belə şinlər müxtəlif məlumatları toplayaraq, onları real vaxt rejimində emal edirlər. Məlumatlar “kiberşinlərə” quraşdırılmış sensorlar vasitəsi ilə avtomobilin elektron sisteminə göndərilir, bundan sonra isə, bort kompüterdə əks etdirilirlər.

Cyber Tire texnologiyası bir neçə il əvvəl təqdim edilib. Pirelli iddia edir ki, sensorlu şinlər sayəsində "avtomobil idarə etmək maksimum dərəcədə fərdiləşdirilmiş, təhlükəsiz olur və xarakteristikaların yüksək səviyyəsini təmin edilir". Pirelli həmçinin, bu şinlərin “dünyada avtomobillə danışa bilən ilk şinlər” olduğunu qeyd edib.

Sistem tam avtomatlaşdırılıb və daim aktivdir. Sistem üçün, elektron idarəetmə blokuna inteqrasiya olunmuş sensorlardan alınan məlumatları tez bir zamanda emal edən xüsusi proqram təminatı yaradılıb. Bundan əlavə, emal edilmiş məlumatlar avtomobildəki ekranda göstərilir.

"Bir neçə tətbiqi olan sistem təhlükəli vəziyyətlərin qarşısını almağa kömək edəcəkdir, - şirkətin mətbuat açıqlamasında bildirilib. - Növbəti addım digər nəqliyyat vasitələri və ətraf infrastrukturla əlaqə və davamlı dialoq olacaqdır".

İnnovativ təkərlərə təchiz ediləcək yeni Aston Martin elektromobilinə gəlincə isə, o, 2025-ci ildə işıq üzü görməlidir.

Bununla belə, sensorlu Pirelli şinləri artıq digər avtomobil istehsalçıları tərəfindən istifadə olunur. Məsələn, belə şinlər McLaren Artura və Lotus Evija superkarlarında quraşdırılır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.