Britaniya istehsalçısı idman avtomobilinin yan tərəfinin kəskin bucaq altında çəkilmiş yeni şəklini paylaşıb, eyni zamanda, onun Aston Martin Vantage modelinin yeni versiyasının olduğunu təsdiqləyib. Yeni avtomobil 12 fevral 2024-cü il tarixində debüt edəcək və ən sürətli Aston Martin Vantage modeli olacaq. Çox güman ki, onun kapotunun altında AMG bölməsinin yenidən tənzimlənmiş 4,0-litrlik V8 biturbo mühərriki yerləşəcək.
Aston Martin yeni modelin “idarəetmə dəqiqliyinə və hüdudusuz imkanlardan həzz almağa üstünlük verən əsl sürücülər” üçün nəzərdə tutulmuş idman avtomobili kimi təsvir edir. Casus şəkillərindən göründüyü kimi, kupe və rodsterin eksteryer dizaynında ciddi dəyişikliklər gözlənilmir: yeni Vantage daha kiçik radiator barmaqlığına, yeni fənərlərə və kapota sahib olacaq.
Casuslar avtomobilin interyerinin şəklini çəkə bilməyiblər, lakin onun salonunda DB12 “super turerində” olduğu kimi qabaqcıl multimedia sistemi quraşdırılacağı aydındır. Eyni zamanda, daha yüksək keyfiyyətli tərtibat materiallarının tətbiq ediləcəyi gözlənilir.
Güc aqreqatına gəlincə, çox güman ki, söhbət hazırkı modeldə 510 at qüvvəsi hasil edən 4,0-litrlik V8 biturbo mühərrikinin yenidən işlənilmiş versiyasından gedir. Mercedes-AMG GT modelində bu aqreqat 585 at qüvvəsi, DB12 modelində isə 680 at qüvvəsi hasil edir.
Fevralın 12-də Aston Martin şirkəti Vantage modeli ilə yanaşı, yeni Formula 1 mövsümündə çıxış edəcək AMR24 boldini və Vantage GT3 yarış avtomobilini təqdim edəcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.