Aston Martin markasını daşıyan ilk elektrokar 2019-cu ildə işıq üzü görəcəkdir. İstehsalçının mətbuat xidmətinin bildirdiyinə görə, bu Rapid modelinin elektrik variantı olacaqdır.

Aston Martin RapidE adlandılırılacaq elektromobil 155 nüsxədən ibarət məhdud tirajla buraxılacaqdır. Maraqlıdır ki, bu buraxılması planlaşdırılan elektrokarların ümumi sayının üçdə birini təşkil edir. Tirajın məhdudlaşdırılmasının başlıca səbəbi LeEco çin konqlomeratının bu layihədən çəkilməsidir. 

Əvvəl çinlilərin Britaniya markası üçün elektrik güc aqreqatını və batareyaları hazırlayacağı barədə məlumat yayılmışdır. Bununla bərabər, LeEco şikrətinin törəmə müəssisəsi olan Faradey Future şirkəti də bu işə cəlb edilmişdır. Bildiyimiz kimi, Faradey Future bu ilin əvvəlində 1050 at qüvvəli FF 91 elektrokarını təqdim edib.

LeEco şirkətinin Faradey Future üçün Kaliforniyada ümumi dəyəri bir milyard dollar olan mühəndis mərkəzini və zavodu tikmək planları da mövcud idi. Lakin, bu ilin yazında bu planlardanvə Aston Martinlə birgə layihədən imtina edildiyi bildirilib ki, buna da çinlilərin qarşılaşdığı maliyyə problemləri səbəb olub.  Aston Martin RapidE elektromobili Böyük Britaniyada istehsal ediləcəkdir. Elektromobil üçün batareyaları Williams Group şirkətinin tərkibinə daxil olan Williams Advanced Engineerig fırması hazırlayacaqdır. Şaiyələrə görə, elektromobil ümumi gücü 1000 at qüvvəsi olan iki elektromühərriklə təchiz ediləcəkdir.

Aston Martin şirkəti gələn aydan elektromobilə sifarişləri qəbul etməyə başlayacaqdır. RapidE Böyük Britaniyada 200 min funt-sterlinqdən başlayan qiymətlərlə satılacaqdır.