Adətən sınaq prototiplərinin şəkillərini ilk çəkənlər fotocəsuslar olurlar. Lakin, Aston Martin şirkəti bu ənənəi pozmaq qərarına gəlib və ilk ofrouderinin kamujlyajlı fotoşəkillərini dərc edib. Bununla britaniyalı istehsalçı çoxdan gəzən şayiələrə də son qoyub. Beləliklə, seriya modeli 2015-ci ildə nümayiş etdirilmiş konsept kimi DBX adını daşıyacaqdır.
İki avtomobil ümumi ada malik olsalar da, onların arasında böyük fərq olacaqdır. Məsələn, DBX konsepti iki kupe kuzovuna sahib idi. Seriya modeli isə, son dövrlərdə dəbdə olan beşqapılı kupeşəkilli kuzova malikdir. Bununla belə, avtomobil Aston Martin markasından olan avtomobillərə xas olan radiator barmaqlığı ilə seçiləcəkdir. Markaya xas olan digər elementlərdən biri də çıxan qapı dəstəkləridir. Arxa hissədəki işıq texnikası barədə hələlik nə isə söyləmək çətindir – bu hissə seriya variantında olduğundan çox uzaqdır.
İstehsalçı krossover üçün tamamilə yeni platforma hazırlayıb ki, sonradan bu platformadan dirçəldilmiş Lagonda modellərinin inşa ediləcəyi bildirilib. İlkin məlumatlara görə, Aston Martin DBX krossoveri DB11 modelindən alınmış benzin mühərrikləri ilə təchiz ediləcəkdir. Hazırda Aston Martin DB11 sportkarı britaniya markasının öz istehsalı olan V12 mühərriki və AMG şirkətindən alınan V8 biturbomühərriki ilə təklif edilir. Krossoverin elektrik güc qurğusuna malik olacağı barədə isə heç bir məlumat verilməyib.
2020-ci ildə krossover Daimler AG konserninin elektrik hissəsini hazırladığı hibrid güc qurğusu ilə təklif ediləcəkdir. Tam elektrik güc aqreqatları isə Lagonda modellərinə qismət olacaqdır. Şəkillərdə gördüyümüz prototip isə DBX modelinin ilk hərəkət edən prototipidir. Hazırda avtomobil Ralli üzrə dünya çempionatının mərhələsi keçirildiyi Şimali Uelsdəki rally doplarında sınaqdan keçirilir. Sonradan avtomobil müxtəlif iqlim şəraitlərində, “Nordşlyayfe” trekində və sürətli alman avtobanlarında sınaqdan çıxarılacaqdır.
Əlbəttə ki, krossoverin buraxılması ehtiyacını istehsalçı müştərilərin arzu və tələbləri ilə izah edir. Şirkət nümayəndələri Aston Martin sahiblərinin 72 faizinin qarajlarında Porsche və ya Range Rover idman ofrouderlərinin mövcud olduğunu iddia edirlər. Onlar DBX-in Lamborghini Urus, Ferrari Purosangue və Bentley Bentayga ilə rəqabət aparacağını düşünürlər. Modelin istehsalı Aston Martin şirkətinin Sent-Atandəki (Cənubi Uels) zavodunda təşkil ediləcəkdir. Seriya modeli gələn ilin dördüncü rübündə debüt edəcəkdir.