Laureato Chronograph Aston Martin Edition xronoqrafı 2021-ci ildə Girard-Perregaux və Aston Martin arasında başlamış əməkdaşlıqdan sonra buraxılan altıncı saatdır. Keçən ilki Laureato Green Ceramic Aston Martin Edition modeli kimi, yeni xronoqraf də yaşıl rəngli siferblata malikdir. Bu dəfə onun rənglənməsində mirvari avtomobil boyasından istifadə olunub. Qradiyent effekti 15 təbəqənin vurulması sayəsində əldə edilib, bütün proses isə, iki istilik emalı dövrü olan 14 mərhələyə bölünüb.

Xronoqrafın korpusu Grade 5 titanından hazırlanır. Korroziyaya qarşı yüksək davamılıq ondan avtomobillərdə, məsələn, yeni Valkyrie superkarında istifadə etməyə imkan verib. Korpusun qalınlığı cəmi 12,6 millimetrdir. Tərtibatda fasetləmə və mirvari dənələnməsindən, habelə Cotes de Geneve dekorundan istifadə olunur. Saat 100 metrə qədər dərinliyə davamlıdır və Girard-Perregaux tərəfindən hazırlanmış GP03300 kalibri sayəsində 46 saat ərzində qurulma tələb etməyəcək.

Image alt Image alt Image alt Image alt Image alt

İnteqrasiya edilmiş qolbaqlı xronoqraf 188 nüsxədən ibarət məhdud saylı tirajla buraxılacaq. Onun qiyməti 22,700 dollardır. Aston Martin Edition xronoqrafı adi Laureato Chronograph titan modelindən 3,300 dollar bahadır. Keramikalı Laureato Green Ceramic daha bahalıdır: 38 millimetrlik xronoqraf üçün 25 000 dollar,  42 millimetrlik üçün isə, 25 800 dollar tələb olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.