Aston Martin şirkətinin Kembricdəki dileri V8 Vantage S modelinin Böyük Britaniya krallığının pilotaj qrupu olan The Blades («Qılınclar») komandasına həsr edilmiş Blades Edition xüsusi modifikasiyasına sifarişləri qəbul etməyə başlamışdır. Bildirilənlərə görə, avtomobil məhdud sayda - beş ədəd tirajla buraxılacaqdır. The Blades qrupunun təyyarələri gümüşü, narıncı və qara rəng çalarlarına malikdir ki, bu rənglər də xüsusi modifikasiyanın tərtibatında öz əksini tapmışdır.
V8 Vantage S Blades Edition modelinin kuzovu xüsusi gümüşü rəngə boyanmış, qara və narıncı rəngli kuzov elementləri ilə adi V8 Vantage S avtomobillərindən seçilir. Buna misal olaraq, narıncı rəngə radiator barmaqlığını və əyləc mexanizmlərinin supportlarını göstərmək olar.
Avtomobilin daxili məkanının tərtibatında da qara və narıncı rənglərdən istifadə olunmuşdur. Belə ki, avtomobilin oturacaqları narıncı saplıa tikilmiş işləmələrə malikdir və oturacaq başlıqlarında pilotaj qrupunun narıncı emblemi də həkk edlimişdir.
Bunula belə, avtomobil texniki cəhətdən dəyişikliklərə məruz qalmamışdır. Sportkar 436 at qüvvəsi gücü olan V8 mühərriki ilə komplektləşdirlir. V8 Vntage S saatda 100 kilometr sürətini 4,8 saniyəyə toplayır. Avtomobilin maksimal sürəti 290 km/saat təşkil edir. Aston Martin V8 Vantage S Blades Edition modelinin ilk nüsxələri müştərilərə bu ilin martında çatdırılacaqdır. Avtomobilin qiyməti 119 950 funt-sterlinq (278 500 manat) təşkil edir.
Hal-hazırda Aston Martin şirkəti şəkkiz növ Vantage modelini təklif edir. Avtomobil kupe və rodster tipli kuzovlarla, adi və S modifikasiyasında əldə etmək mümkündür. Bundan əlavə, GT4 yarış kateqoriyasının motivləri əsasında yaradılmış V8 Vantage N430 xüsusi versiyası və GT12 adlanan trek avtomobili mövcuddur.