Aston Martin şirkəti ən qədim model olan A3 rodsterinin 100 illik yubileyini qeyd edir. Bu hadisənin şərəfinə xüsusi tərtibatı olan üç müasir Vantage A3 rodsteeri buraxılıb - rodsteri bürünc, tunc və alüminium, habelə müharibədən əvvəlki şriftlə yazıları olan tikmə naxışlar ilə bəzədilib.

Xüsusi versiyanın yaradılmasında Aston Martin şirkətinin Q bölməsi iştirak edib, lakin avtomobillərin qiyməti dəqiqləşdirilməyib - çox güman ki, bütün Vantage A3 rodsterləri kolleksiyaçılar tərəfindən sifariş edilib.

Zahiri cəhətdən Aston Martin Vantage A3 modelini ön qanadlardakı gümüş əlavələr, retro üslubunda dizayna malik olan parlaq qara 20-düymlük disklər, bürünc rəngli əyləc supportları, radiator barmaqlığının alüminium haşiyəsi və miniatür raritet loqotipi sayəsində asanlıqla tanımaq olar.

Salonda fərqlər daha çox nəzərə çarpır: başlıca element klimat-kontrolun 192-ci ilin orijinal A3 modelinin ruhunda olan tuncdan hazırlanmış diyircəkli dəstəkləridir. Əlbəttə ki, bütün rodsterlər yaddaş lövhəsinə, açıq qəhvəyi tikişləri olan qara dəri ilə tərtibata və Aston Martin şirkətinin 100 il əvvəlki şrift ilə yazılmış tikmə naxışlara malik olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Orijinal Aston Martin A3 modeli 11 at qüvvəli 1,5-litrlik mühərriklə təchiz edilirdi və 136 km/saata qədər sürətlənə bilərdi. Onun şərəfinə yaradılan Vantage A3 rodsteri isə standart texnikasını qoruyub saxlayıb. Xüsusi seeriyadan olan rodsterin kapotunun altında 510 at qüvvəsi və 685 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki və 8-pilləli avtomatik ötürmələr qutusu yerləşir. Retro üslubunda olan roadsterin dinamikası dəyişməyib.

Aston Martin şirkəti “yubiley” Vantage A3 modelini üç nüsxədə hazırlayıb və çox güman ki, onların hamısı artıq satılıb. Bununla birlikdə, ingilis markası nümayiş nüsxələrdən birini sərgilərdə nümayiş etdirəcəkdir - məsələn, “yubiley” rodsteri və tarixi Aston Martin A3 modeli bu həftəsonu Yorkşirdə keçiriləcək tədbirdə nümayiş etdiriləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.