Texniki baxımdan kabriolet qohum kupe versiyasından fərqlənmir, lakin dahiyanə mexanizmə malik olan yumşaq dam ilə təchiz edilir. Dam 14 saniyəyə qatlanır və 50 km/saat qədər sürətlərdə 16 saniyəyə açılır. DB12 Volante 2023-cü ilin sonundan əvvəl satışa çıxarılmalıdır.
Aston Martin DB12 supertureri sərt damını itirərək DB12 Volante kabrioletinə çevrilib. Kabriolet kupe ilə eyni sərt alüminium şassi və güc aqreqatından istifadə edir. Kabriolet də kupe kimi 4,0-litrlik V8 biturbo mühərriki (680 at qüvvəsi, 800 Nm) və qısaldılmış baş cütlüyü olan 8-pilləli ZF “avtomatı” ilə təchiz olunur. Kabriolet həmçinin elektron idarə olunan arxa differensiala, dörd səviyyəli elektron stabilləşdirmə sisteminə və istənilən əhval-ruhiyyəyə uyğun gələn beş idarəetmə rejiminə malikdir.
Təkmilləşdirilmiş mühərrik DB11 Volante modelindəki sələfindən 34% daha güclüdür. Ona görə də, dinamika nəzərəçarpacaq dərəcədə yaxşılaşıb: artıq 100 km/saata sürətlənmə 4,1 əvəzinə 3,7 saniyə çəkir. Kabrioletin maksimum sürəti 325 km/saatdır. Xatırladaq ki, DB11 modelində bu göstərici 300 km/saat təşkil edir. Bundan əlavə, DB12 Volante modelinin elektron idarə olunan amortizatorlarının iş diapazonu genişləndirilib. Onlar fərqli sazlamaları alıblar, üstəlik, mühəndislər arxa yayların xüsusiyyətlərinə yenidən baxıblar.
Nəhayət, DB12 Volante modelindəki əsas diqqətçəkən məqam - qatlanan zaman hündürlüyü cəmi 26 santimetr olan K-şəkilli mexanizm ilə təchiz edilmiş parça damıdır. O, DB11 Volante kabrioletindən götürülmüş səkkizqatlı sendviçdir. Hər iki yumşaq damın xarakteristikaları da eynidir: 14 saniyəyə qatlanan dam, 50 km/saata qədər sürətlərdə və eyni sürətli küləyə qarşı hərəkət zamanı 16 saniyədə açılır.
Seçmək üçün dörd kuzov rəngi təklif edilir: qara (standart), qırmızı, mavi və ya qara-gümüşü. Kabrioletin qalan hissəsi kupedən fərqlənməyəcək. Bundan başqa, salonda Aston Martin tərəfindən hazırlanmış yeni media sistemini görmək olar. Disklərin diametri 21 düymdür. Standart əyləclər çuqun rotorlar ilə təchiz olunurlar. Əlavə ödəniş müqabilində avtomobilə karbon-keramika mexanizmləri quraşdırılacaq ki, bu da ressoraltı çəkini 27 kiloqram azaldır. DB12 Volante modeli ictimayyət qarşısında Kaliforniyada keçiriləcək Monterey Car Week tədbirində debüt edəcək və ilin sonuna qədər satışa çıxarılacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.