Böyük Britaniyanın məşhur superkarlar istehsalçısı olan Aston Martin şirkəti Lagonda markasını yenidən həyata qaytarmaq fikrindədir. 2020-ci ildə britaniyalılar bu marka altında iki yeni model – sedan və krossover buraxmağı planlaşdırırlar.
Bu barədə, Aston Martin şirkətinin rəhbəri Əndi Palmerə istinadən Car and Driver nəşri xəbər yaymışdır. Cenevrə avtosalonunda Əndi Plamer jurnalistlərə Aston Martin model cərgəsinin tamamilə yeniləcəyi barədə məlumat vermişdir. Bu ilin sonuna kimi Vantage modelinin xələfi olacaq superkar təqdim ediləcəkdir. Bundan bir il sonra isə Vanquish modelinin xələfi meydana çıxacaqdır.
2019-cu ildə isə, markanın ilk krossoveri işıq üzü görəcəkdir. Lagonda brendinə gəldikdə isə, 2002-ci ildə bu marka altında dəbdəbəli sedan və krossover işıq üzü görəcəkdir. Aston Martin şirkəti Lagonda brendini 1947-ci ildə satın almışdır. 1974-cü ildən 1990-cı ilə qədər Aston Martin Loagonda sedanı buraxılmışdır. Bu sedandan cəmi 645 ədəd istehsal edilmişdir.