Aston Martin şirkətinin Kembric şəhərindəki dileri, ikincikinci Dünya müharibəsində iştirak etmiş Spitfire qırıcı təyyarəsinin ilk uçuşunun 80 illik yubileyinə həsr edilmiş xüsusi V12 Vantage S modelini təqdim etmişdir. Cəmi 80 ədəd xüsusi avtomobil buraxılacaqdır.
Sportkarın xüsusi modifikasiyası Aston Martin avtomobillərini fərdiləşdirilməsi ilə məşğul olan Q bölümü tərəfindən hazırlanmışdır. Bütün avtomobillər eksklyuziv yaşıl rəngə boyanacaq, sarı işləmələrlə bəzədiləcək, karbondan hazırlanmış qabaq splitter və arxa diffuzor, həmçinin təyyarələrin bərpası firması tərəfindən hazırlanmış buraxılış sisteminin boruları ilə təchiz ediləcəkdirlər. Bu borular Spitfire təyyarəsinin borularına maksimum bənzər şəkildə düzəldilmişdirlər.
Avtomobilin oturacaqlarının başaltılarına "Spitfire 80" loqotipi tikilmiş, ayaqaltılar isə o zamanların pilotların gödəkcələrini xatırladan dəri və qoyun dərisindən hazırlanmış, oturacaqlar tünd-qəhvəyi dəri ilə üzlənmişdirlər. Əlavə ödənişlə, alıcı avtomobilin üslubunda hazırlanmış təyyarə şlemini, uçuş eynəklərini və gödəkcəni sifariş edə bilər. Bundan başqa, Aston Martin V12 Vantage S Spitfire sahibinə yeni avtomobili təhvil alması mərasiminin şəkilləri olan fotoalbom təqdim ediləcəkdir.

Avtomobillərin sahiblərinə təqdimat mərasimi Daksdorfdakı İmperiya hərbi muzeyində təşkil olunacaqdır. Onlar ikinci Dünya müharibəsində iştirak etmiş Spitfire təyyarələrinin pilotları ilə söhbət etmək və öz avtomobillərində uçuş zolağı ilə hərəkət etmək şansı əldə edəcəkdirlər.
Superkarlar 573 at qüvvəsi gücü olan altı litrlik on iki silindirli atmosfer mühərriki ilə təchiz ediləcəklər. 100 km/saat sürətini kupe 3,9 saniyəyə toplayır. Xüsusi V12 Vantage S modeli adi kupedən 39,5 min funt sterlinq baha olacaqdır. Avtomobillərin satışından əldə edilən vəsaitin bir hissəsi xeyriyyə məqsədlərinə xərclənəcəkdir.