Aston Martin şirkəti istehsalı dayandırılmış Ferrari LaFerrari və McLaren P1 modellərinin rəqibi olacaq daha bir ortamühərrikli hiperkar hazırlamaq niyyətindədir. Bu modeli zavod daxilində “Valkiriya modelinin kiçik qardaşı” adlandırırlar. Bu barədə Aston Martin şirkətinin başçısı Əndi Palmerə istinadən “Autocar” dərgisi yayıb.
Bununla belə, yeni hiperkarın güc aqreqatı barədə heç bir məlumat verilməyib. Hiperkarın alüminiumdan rama altıları bərkidiləcək karbon monokokda inşa ediləcəyi bildirilib. Yeni hiperkarın yaradılması zamanı şirkət mütəxəssisləri Aston Martin Valkyrie superhibridinin hazırlanması prosesində əldə etdikləri təcrübədən yararlanacaqdırlar.
Palmer yeni avtomobilin Aston Martin ilə Red Bull Racing komandasının birgə əməkdaşlığının bəhrəsi olacağını da qeyd edib. Xatırladaq ki, RBR komandasının texniki direktoru Ədriən Nyui “Valkiriya” modelinin yaradılmasında bilavasitə iştirak edib.
Bu əməkdaşlıq çərçivəsində Aston Martin şirkəti RBR komandasının Milton-Keysdəki bazasının yaxınlığında 130 əməkdaşın çalışması üçün hesablanmış əlavə ofisi inşa etməyi planlaşdırır. Bununla bərabər, Aston Martin 2021-ci ildə Ferrari 488GTB modelinə rəqib olacaq ortamühərrikli superkarı buraxmağı da planlaşdırır.