Aston Martin şirkəti keçən il Los-Anjeles avtosalonunda nümayiş etdirdiyi 603 at qüvvəli Vanquish S superkarının açıq modifikasiyasını təqdim etmişdir. Ənənəyə uyğun olaraq, yeni kabriolet «Volante» indeksinə və yığılan tavana malik olmuşdur.
Aston Martin Vanquish S Volante kabrioleti, kupe kuzovlu modelin də təchiz edildiyi 6,0-litrlik on iki silindrli mühərrik ilə hərəkətə gəlir.
Güc aqreqatı səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə birlikdə çalışır. Aston Martin Vanquish S Volante modelinin dinamik xarakteristikaları açıqlanmasa da, kupe variantının 100 km/saat sürətini 3,5 saniyəyə topladığı və 323 km/saat maksimal sürətə malik olduğu məlumdur.
Yeni kabrioletin rəsmi təqdimat mərasiminin Cenevrə avtosalonunda keçrirləcəyi barədə yazmağa yəqin ki ehtiyac yoxdur.

Xatırladaq ki, «S» hərfini daşıyan avtomobil adi Aston Martin Vanquish modelindən nəinki 576 at qüvvəsindən 603 at qüvvəsinə qədər artırılmış gücü ilə, həmçinin yenidən tənzimlənmiş asma sistemi, köndələn dayanıqlılıq stabilizatoru, digər kuzov dəsti və kuzovun unikal rənglərinə görə seçilir.
Bundan başqa, avtomobil üçün karbondan əlavələri olan kapotu və xüsusi təkər disklərini sifariş etmək olar. Avropada Aston Martin Vanquish S modelini əldə etmək üçün 262950 avro ödəmək gərəkdir. Kabriolet kuzovlu modelin qiymətləri bir müddət sonra açıqlanacaqdır.