1965-ci ildə Britaniyanın Aston Martin şirkəti DB5 modelinə əsaslanan, lakin yeni nəsil DB6 avtomobilindən çoxlu yeniliklər götürmüş Short Chassis Volante kabrioletini təqdim edib. Keçid dövrünün kabrioletlərinin istehsalı cəmi bir il davam edib və cəmi 37 nüsxə işıq üzü görüb. Bununla belə, gözəl səslənən Volante (italyancadan tərcümədə "uçan") prefiksi, bu günə qədər bütün açıq kuzovlu Aston Martin avtomobillərində istifadə olunur. İlk Volante modelinin 60 illik yubiley şərəfinə Aston Martin şirkətinin Q zavod atelyesi müasir Vanquish Volante və DB12 Volante modellərinin xüsusi versiyalarını hazırlayıb.

Volante 60th Anniversary Edition versiyaları xüsusi yaşıl Q Pentland rənginə boyanıblar. Yubiley versiyaları bürünc rəngli dekorativ elementlər ilə bəzəniblər. Oxşar vurğular firma radiator barmaqlığında və ön qanadlardakı xarakterik frezerlənmiş örtmələrdə də tətbiq olunublar. Sonuncuların düz altında mina ilə örtülmüş Q by Aston Martin emblemləri var. Bu görünüşü satinləşdirilmiş bürünc örtüyü olan orijinal 21 düymlük təkər diskləri tamamlayır.

Yubiley kabrioletlərinin interyerləri Q by Aston Martin bölməsi tərəfindən üçrəngli dəri ilə üzləniblər. Dekorativ bəzəklər təbii naxışlı tünd qoz ağacından hazırlanıb. Mərkəzi konsoldakı əsas idarəetmə elementləri (mühərriki işə salma düyməsi olan fırlanan dəstək və transmissiyanın seelektoru) bürünc rəngli anodlanmaya sahib olublar. Nəhayət, oturacaq başlıqları “60” basma naxışı ilə bəzədiliblər.

Bununla belə, superkarlar texniki cəhətdən dəyişməyib. Aston Martin DB12 Volante modelinin kapotunun altında 4,0-litrlik AMG V8 biturbo mühərriki (680 at qüvvəsi, 800 Nm) yerləşir. O, bütün dartma qüvvəsini elektron idarələnən differensialı olan arxa oxa göndərən səkkiz pilləli ZF avtomatik transmissiyası ilə birlikdə işləyir. DB12 Volante sıfırdan 100 km/saata 3,7 saniyəyə sürətlənir, onun maksimal sürəti 325 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Flaqman Aston Martin Vanquish Volante 835 at qüvvəsi və 1000 Nm hasil edən ingilis markasının öz məhsulu olan 5,2-litrlik V12 biturbo mühərriki ilə təchiz edilib. Səkkiz pilləli ZF avtomatik transmissiya və elektron idarələnən kilidi olan differensial DB12 modelindəki ilə eynidir, lakin fərqli tənzimləmələrə malikdir. Vanquish Volante 100 km/saatı 3,4 saniyəyə toplayır, onun maksimal sürəti isə, 344 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hər iki modelin xüsusi yubiley nəşrinin buraxılışı 60 nüsxə ilə məhdudlaşır. Onların qiyməti açıqlanmır, lakin avtomobillərin tədarükünə bu ilin dördüncü rübündə başlanacağı bildirilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.