Aston Martin şirkəti Mercedes-AMG mühərriki ilə təklif olunan ilk modelini təqdim edib. Dörd litrlik iki turbokompressorlu V8 mühərriki DB11 superkarında quraşdırılıb. Xatırladaq ki, bu mühərrik Mercedes-AMG GT sportkarında və Mercedes-Benz G500 ofroderində quraşdırılır və modelindən asılı olaraq 422 -612 at qüvvəsi arasında güc hasil edir.
Aston Martin DB11 modelinin kapotu altında quraşdırılmış mühərrik 510 at qüvvəsi və 675 Nm fırlanma anına malik olacaqdır. Britaniya istehsalçısının mühəndisləri, “Aston Martin sahiblərinə tanış olan hissiyat və səsi”əldə etmək üçün, mühərrikin elektron blokunu yenidən proqramlayaraq aqreqatın tənzimləmələrini dəyişiblər. Bundan başqa, mühərrik yeni karterə, həmçinin digər buraxılış və çıxış ssiteminə sahib olub. 608 qüvvəli V12 mühərriki ilə müqyisədə, V8 mühərriki ilə təchiz edilən avtomobilin asqısının geometriyası dəyişmiş, yeni yaylar, amortizatorlar və köndələn sabitləşdirmə sistemi quraşdırılmış, həmçinin sabitləşdirmə sisteminin tənzimləmələri yenilənmişdir. Ötürmələr qutusu əvvəlki kimi 8 pilləli ZF istehsal; olan “avtomatdır”. Yeni modelin çəkisi 1760 kiloqram təşkil edir ki, bu da V12 mühərriki olan avtomobildən 115 kiloqram azdır.
Yerindən 100 km/saat həddinə superkar dörd saniyəyə sürətlənir və 301 km/saat maksimal sürətə malikdir. Avtomobilin kütləvi təqdimatı Qudvudda baş tutcaq Sürət festivalında keçiriləcəkdir. Yeni modelin satışlarına bu ilin dördüncü rübündə başlanacaqdır. Onun qiyməti 144,9 min funt-sterlinq təşkil edəcəkdir.