Aston Martin şirkəti növbəti dəfə german-skandinav mifologiyasına müraciət edərək Avropa patent bürosunda Valhalla ticarət nişanını qeydiyyatdan keçirib. İlkin məlumata əsasən, “cəsur döyüşçülərin ruhunun səma məskəninin” adı zavoddaxili Project 003 kod adına malik olan ortamühərrikli kupeyə verilə bilər.
Yeni modelin eskizi Aston Martin şirkəti tərəfindən sentyabr ayında nümayiş etdirilmişdir. O zaman, bu avtomobilin Valkyrie hiperkarının gündəlik istismar üçün yararlı variantının olacağı bildirilimişdir.Valkyrie modelindən bir pillə aşağıda qərarlaşacaq hiperkar 500 nüsxəlik məhdud sayda tirajla buraxılacaqdır.
2021-ci ildə satışa çıxarlacaq modelin zahiri görkəmi barədə, təqdim edilmiş eskiz vasitəsi ilə mühakimə yürütmək olar. Bu. McLaren superkarları ilə bənzər proporsiyaları və inkişaf etdirilmiş aerodinamikası olan kiçik avtomobildir. Project 003 hiperkarı Aston Martin Valkyrie modelinin gündəlik istismara daha yararlı və əlverişli varinatı olacaqdır.
Hiperkar baqaj bölümünə və bütün bazarlarda satışına icazə verən sertifikata sahib olacaqdır. Hiperkarın əsasını karbonplastikdən hazırlanmış və alüminium rama altıları bərkidilən yüngülləşdirilmiş monokok təşkil edəcəkdir. Project 003 benzin turbomühərrikinin əsasında yardılmış hybrid güc qurğusu, aktiv aerodinamika və adaptive asqı ilə təchiz edəcəkdirlər.