Aston Martin Valkyrie yol hiperkarlarının bütün seriyası ötən ilin sonuna qədər istehsal edilərək müştərilərə təhvil verilib, lakin modelin tarixi bununla bitməyir. Fevral ayında yarış marafonları üçün nəzərdə tutulmuş Aston Martin Valkyrie Hypercar modifikasiyası təqdim olunub, indi isə, trek günləri üçün nəzərdə tutulmuş yeni Aston Martin Valkyrie LM xüsusi versiyası hazırlanıb.

Aston Martin şirkəti Valkyrie LM hiperkarının LMH (Le Mans Hypercar) kateqoriyasının seriya avtomobilinin əsasında inşa edilmiş yeganə müasir idman prototipi (kiçik tirajla olsa da) olduğunu xüsusi ilə vurğulayır.  Valkyrie LM modifikasiyası üçün qismən tərs konvertasiya aparılıb. Məsələn, reqlamentin tələb etdiyi ballast və FIA-nın nəzrət  elektronikası çıxarılıb. 

Plyonka ilə örtülmüş real yarış avtomobillərindən fərqli olaraq, Valkyrie LM modelinin kuzovu müştərinin istəyinə uyğun olaraq əl ilə rənglənir. Bununla belə, bu, yarış Valkyrie hiperkarının görünüşünə təsir göstərməyib: kili olan aerodinamik kuzov dəsti, arxa tərəfdəki nəhəng antiqanad, mərkəzi boltu olan 18-düymlük yarış təkər diskləri və xüsusi olaraq hazırlanmış Pirelli şinləri qorunub saxlanılıb.

Valkyrie LM hiperkarının kokpiti də yarış avtomobillərindən demək olar ki, fərqlənmir. Yarış kreslosu avtomobilin sahibinə uyğunlaşdırılır, FIA tərəfindən homoloqasiya edilmiş altı nöqtəli təhlükəsizlik kəmərləri və ortasında cihazlar panelinin ekranı olan tez çıxarılan şturval quraşdırılır. Yarış avtomobilləri üçün standart olan telemetriya və yanğınsöndürmə sistemləri də yerindədir. İkinci dərəcəli funksiyalar və gediş sazlamaları olan xüsusi idarəetmə paneli də yerindədir.

Mülki Aston Martin Valkyrie, elektrik üstqurumu olan 6,5-litrlik Cosworth V12 atmosfer mühərrikinə sahibdir və qurğunun ümumi gücü 1000 at qüvvəsi təşkil edir. Bununla belə, yarış Valkyrie hiperkarları qaydalara uyğun olaraq, elektrik mühərrikindən məhrumdur və V12 mühərriki 8400 dövr/dəqiqədə cəmi 697 at qüvvəsi hasil edir. Mühərrik yeddi pilləli ardıcıl Xtrac transmissiyası ilə birləşdirilib və bütün dartma qüvvəsini arxa oxa göndərir.

Valkyrie LM versiyası da bu güc blokunu əldə edib, baxmayaraq ki, mühərrikin fırlanma anına qeyri-peşəkar pilotların səriştələrinə daha yaxşı uyğun gəlməsi üçün yenidən baxılıb. Hiperkar 338 km/saat sürətlənməyə və 3,5 g-yə qədər (əyləc zamanı 2,5 g-yə qədər) uzununa sürətlənməni hasil etməyə qadirdir.

Avtomobil idmanında lazım olduğu kimi, qoşa köndələn qolu olan asma hər bir trek üçün geniş tənzimləmələr çeşidinə malikdir, lakin baza versiyasında trek günləri üçün nisbətən yumşaq tənzimləmələr nəzərdə tutulub. Aston Martin avtomobilin gələcək sahibləri üçün xüsusi proqram hazırlayıb: onlar dünyanın ən məşhur treklərində xüsusi yarış həftəsonlarında iştirak etməyə dəvət olunurlar. Zavod təlimatçılarının və pilotların nəzarəti altında sürücülük vərdişlərinin təkmilləşdirilməsi üzrə xüsusi proqram da hazırlanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Aston Martin Valkyrie LM hiperkarının sahibi ümumiyyətlə öz eksklüziv avtomobilinə xidmət göstərməli olmayacaq, çünki bu işləri  istehsalçı öz üzərinə götürür. Buna avtomobilin saxlanması və yarış meydançasına nəqli də daxildir. Yalnız trekə gəlib sükan arxasına keçmək və ya yarış həzzindən imtina edərək gələcək kolleksiya avtomobilini qaraja qoymaq qalır. Aston Martin Valkyrie LM hiperkarı cəmi 10 nüsxədə buraxılacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.