Aston Martin şirkəti Vantage GT12 superkarının yeganə nüsxədə buraxılmış açıq variantını təqdim etmişdir. Avtomobilin kütləvi təqdimatı Qudvudda keçirilən "Sürət Festivalında" baş tutmuşdur. Aston Martin Vantage GT12 Roadster Britaniya markasının müştərilərindən birinin xüsusi sifarişi əsasında hazırlanmışdır.

İlkin olaraq adının çəkilməsini istəməyən sifarişçi kupe avtomobilini əldə etmək istəmişdir. Sonradan o fikrini dəyişərək, xüsusi rodster sifariş etmək qərarına qəlmişdir. Eyni zamanda, müştəri şirkətə əlavə pul ödəyərək rodsterin yeganə nüsxədə olmasını tələb etmişdir.

Aston Martin Vantage GT12 Roadster texniki cəhətdən kupe avtomobilini təkrar edir.

Avtomobil tamamilə titandan hazırlanmış buraxılış sistemini, trek üçün tənzimlənmiş asqı sistemini, arxa oxdakı yüksək sürtünməli differensialı bə Brembo karbon-saxsı əyləc mexanizmlərini əldə etmişdir.

Nadir rodster 600 at qüvvəsi gücü və 625 Nm fırlanma anı olan 5,9-litrlik V12 mühərriki ilə hərəkətə gəlir. Güc areqatı Graziano fimasının yeddi pilləli robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. Umikal rodsterin dinamik xarakteristikaları açıqlanmasa da, kupe variantının 100 km/saat həddinə 3,7 saniyəyə sürətləndiyi və 297 km/saat maksimal sürətə malik olduğu məlumdur.

Rodsterin qiyməti də gizli saxlanılır. Bildiyimiz kimi, 100 ədədlik tirajla buraxılmış Aston Martin Vantage GT12 kupesinin qiyməti 250 min funt-sterlinqdən (513 min manatdan) başlayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt