Aston Martin şirkəti AMR Pro trek spesifikasiyasında olan Valkyrie hiperkarını təqdim edib. Yardıcılarının fikrincə, kupe “texniki yarış qaydaları ilə məhdudlaşdırılmayan ifrat məhsuldarlıq formalarını tədqiq edir” və Formula 1 avtomobilləri səviyyəsində dinamikaya malikdir.

Infernal Valkyrie superkarı “Le Manın 24 saatı” marafonu üçün hazırlanmış şassini, hibrid əlavəsi olmayan V12 mühərrikini və yeni aerodinamik kuzov dəstini əldə edib. Hiperkarın tirajı 42 nüsxə ilə məhdudlaşır, bunlardan 40 ədədi müştəri avtomobilləri, qalan ikisi isə prototiplərdir. Avtomobillərin müştərilərə çatdırmasına bu ilin dördüncü rübündə başlanacaqdır.

Valkyrie AMR Pro modelinin əsasını Aston Martin, Red Bull Advanced Technologies və Multimatic tərəfindən WEC çempionatında və Le Manın 24 saatlıq marafonunda yarışan sportkarlar üçün hazırlanmış şassi təşkil edir. Bu şassi yol avtomobilində olduğundan 380 millimetr daha uzun, habelə öndə tərəfdə 96 millimetr, arxa tərəfdə isə 115 millimetr daha genişdir.

Aqressiv aerodinamik kuzov dəsti avtomobilin burnundan arxa ucuna qədər olan məsafəyə 266 millimetr əlavə edir. İstehsalçı yeni dayağın iki dəfə daha çox yerəbasma qüvvəsi yaratdığını (adi Valkyrie modelinin göstəricisi 1.814 kiloqramdır) üçün, döngələrdə köndələn yüklənmələrin kəmiyyəti 3 g-dən çox ola bilər.

Aston Martin Valkyrie modeli əvvəlki kimi 1.014 at qüvvəsi hasil edən 6,5-litrlik V12 Cosworth mühərriki ilə hərəkətə gəlir, lakin çəkinin azaldılması naminə avtomobil hibrid komponentdən məhrum edilib. Eyni səbəbdən xarici kuzov panelləri və asqının köndələn qolları karbondan, alın və yan şüşələr isə Perspex akrilindən hazırlanıb.

Avtomobilin dəqiq parametrləri - çəki və dinamik xüsusiyyətləri də daxil olmaqla daha sonra açıqlanacaqıdır. Lakin mühəndislərin Le Man trekini 3 dəqiqə 20 saniyəyə qət etməyi hədəflədikləri məlumdur. Müqayisə üçün. LMP1 sinifinin Toyota TS050 Hybrid prototipi bu işə 3 dəqiqə 17.297 saniyəyə sərf edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Valkyrie AMR Pro hiperkarının alıcıları üçün təlimçilər qrupunun iştirakı ilə keçirilən trek-günləri, xüsusi yarış geyimlərinin verilməsi və VİP yeməyində iştirak təşkil ediləcəkdir. Ancaq avtomobillər yeni sahiblərinə çatdırılmazdan əvvəl həm virtual mühitdə, həm də sınaq meydançasında son sınaqlardan keçəcəklər. Aston Martin Cognizant Formula 1 pilotları Sebastyan Vettel və Lans Stroll hiperkarların dəqiq tənzimlənməsindən məsul olacaqdırlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.