Aston Martin Valkyrie hiperkarı keşməkeşli taleyə malik olan avtomobillərdən biridir. Avtomobil yaranan gündən mühəndislər qarşılaşdıqları problemlərlə mübarizə aparmalı olublar. Layihə beş il bundan öncə AM-RB-001 adı ilə debüt edib.

Hiperkarın adındakı RB qısaltması avtomobilin məşhur Red Bull Racing komandasına məxsus olan Red Bull Advanced Technologies mühəndislik firması ilə əməkdaşlıqda yaradıldığına işarə edir. Qeyd etmək gərəkdir ki, hiperkarın 150 nüsxəlik məhdud saylı tirajı artıq satılıb. Buna baxmayaraq, modelin sifarişçilərə çatdırılmasına hələ də başlanılmayıb.

2017-ci ildə bəyan edilmiş Valkyrie AMR Pro trek versiyası bu ilin yayında nümayiş etdirilib – bunu müsbət hal kimi qiymətləndirmək olsa da, onun Qudvudda keçirilən Sürət Festivalındakı çıxışını uğurlu saymaq olmaz. İndi isə, ingilis istehsalçısı Valkyrie hiperkarının Spider indeksini almış açıq versiyasını təqdim edib.

Valkyrie Spider modeli çıxarılan dama və yenidən yaradılmış “kəpənək qanadı” üslubunda qapılara sahibdir. Üstü bağlı halda rodster daha çox kupe varinatın bənzəyir. Məlum məsələdir ki, Ədrian Nyunin başçılıq etdiyi yaradıcılar komandası avtomobilin şassisi üzərində işləyiblər və rodster LMP1 sinifindəki prototiplər ilə eyni səviyyədə məhsuldarlığa malikdir. Məlum məsələdir ki, rodster konstruktiv xüsusiyyətləri ucbatından daha ağırdır, lakin mühəndislər iki model arasındakı çəki fərqini minimuma endirməyə çalışıblar.

Rodster Cosworth firmasının 11.000 dövr/dəqiqəyə qədər sürətlənən 6,5-litrlik V12 mühərrikini və Rimac şirkətinin elektrik sistemi ilə təchiz edilir. Hibrid qurğunun ümumi gücü 1155 at qüvvəsidir. Açıq kuzovlu Valkyrie Spider modeli 330 km/saata qədər sürətlənir.

Dam panelinin quraşdırılması halında bu göstərici 350 km/saat təşkil edir.Beləliklə, Valkyrie Spider modeli Aston Martin markasının tarixindəki ən sürətli üstü açıq avtomobildir. Müqayisə üçün, damı və alın şüşəsi olmayan V12 Speedster (88 nüsxəlik tirajla buraxılacaq) barkettası 318 km/saata qədər sürətlənir.

Image alt Image alt Image alt Image alt Image alt

Aston Martin şirkəti Valkyrie Spider modelinin tirajını 85 nüsxə ilə məhdudlaşdıracaqdır. Qeyd etmək gərəkdir ki, spayderə olan sifarişlər onun tirajını üstələyib. İlk alıcılar avtomobillərini 2022-ci ilin ikinci rübündə almalıdırlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.