Aston Martin özünün ən məşhur avtomobillərindən biri olan Vanquish modelinin 25 illiyini xüsusi buraxılışla qeyd edir. Vanquish 25 adlanan yeni versiya markanın Q by Aston Martin fərdiləşdirmə bölməsi tərəfindən hazırlanıb və onun tirajı cəmi 50 nüsxə ilə məhdudlaşdırılıb.

İlk dəfə 2001-ci ildə təqdim olunan orijinal Vanquish yeni minilliyin simvollarından birinə çevrilmişdi. Ian Callum-un dizayn etdiyi model, 5,9 litrlik V12 mühərriki, alüminium konstruksiyası və təsirli dinamikası ilə sonrakı DB9, V8 VantageRapide modellərinin inkişafına da istiqamət vermişdi.

Aston Martin Vanquish 25 texniki baxımdan standart modeldən heç nə ilə fərqlənmir. Avtomobil 5,2 litrlik iki turbokompressorlu V12 mühərriki ilə təchiz olunub. Güc aqreqatı 824 at qüvvəsi1000 Nm fırlanma anı hasil edir ki, bu da kupeyə yerindən 100 km/saata sürətlənməni təxminən 3,3 saniyəyə yerinə yetirməyə və 345 km/saat maksimal sürətə çatmağa imkan verir.

Yubiley buraxılışının əsas fərqi eksklüziv tərtibat elementlərindədir. O, adi versiyadan Q Skye Silver kuzov rəngi, xüsusi metal dekoru, paslanmayan poladdan hazırlanmış yan hava çıxışları, buraxılış sisteminin çıxış borularının fərqli ucluqları, Vanquish 25 nişanları və 21 düymlük döymə disklərdəki unikal "V" vurğuları ilə fərqlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İnteryerdə də xüsusi işlənmiş detallara üstünlük verilib. Salonda oturacaqlardakı Vanquish 25 loqotipləri, lazerlə işlənmiş dekor elementləri, qırmızı mühərrik işə salma düyməsi və qara alkantaradan tavan örtüyü diqqət çəkir. Müştərilər Onyx Black, Oxford TanPhantom Grey rəng kombinasiya­larından birini seçə biləcəklər.

Aston Martin dünya üzrə cəmi 50 avtomobil istehsal edəcək. Onlardan 25-i Coupé, digər 25-i isə Volante kuzovunda olacaq. Vanquish 25 ilk dəfə avqust ayında keçiriləcək Monterey Car Week tədbirində nümayiş etdiriləcək, ilk avtomobillərin müştərilərə çatdırılması isə 2026-cı ilin son rübünə planlaşdırılır. Yubiley versiyasının qiyməti hələlik açıqlanmayıb.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.