Aston Martin şirkəti Vanquish modelinin sonuncu xüsusi modifikasiyası olan Vanquish Ultimate modelini təqdim edib. Vida modifikasiyası ilə birlikdə Vanquish modelinin istehsalı dayandırılacaqdır. Cəmi 175 Aston Martin Vanquish Ultimate modeli istehsal ediləcəkdir. Bunlardan 100 ədədi kupe, 75 ədədi isə kabriolet kuzovuna malik olacaqdırlar.
Xüsusi seriyadan olan avtomobillər üçün üç tərtibat variantı təklif ediləcəkdir.
Onlardan birincisi Contrasting Carbon olacaqdır ki, bu modifikasiya “misdən” və “açıq” strukturlu karbondan haşiyələri olan qara rəngli kuzovu isə seçiləcəkdir. Salonun tərtibatı da eksteryerin rəngi ilə bənzərlik daşıyacaqdır. İkinci variant isə, Sport Line adlanır və mavi elementləri olan boz rəngli kuzovu ilə fərqlənir.
Üçüncü Modern Lux variantı “bürünc” elementləri olan ağ kuzovu və qara haşiyələri olan tünd-qəhvəyi dəri ilə işlənmiş salonu ilə seçiləcəkdir.
Vida seriyasından olan avtomobillərin texniki hissəsi adi Aston Martin Vanquish S modeli ilə eyni olacaqdır. Superkar gücü 600 at qüvvəsi olan 5,9-litrlik V12 atmosfer tipli mühərriki ilə təchiz edilir.
Bildiyimiz kimi, Aston Martin Vanquish S modeli 100 km/saat həddini 3,4 saniyəyə toplayır və 324 km/saat maksimal sürətə malikdir.
Böyük Britaniyada Ultimate modifikasiyası adi Vanquish S modelindən 12 min funt-sterlinq baha qiymətə satılacaqdır. Kupe kuzovlu modelin qiyməti 211,9 min funt-sterlinqdən, kabrioletin isə 223,9 min funt-sterlinqdən başlayır.
Aston Martin Vanquish modelinin növbəti nəsli gələn ilin yayında işıq üzü görməlidir.